• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü: “Danışıqlar indi üçtərəfli razılaşmaya əsaslanmalıdır”

      November 20, 2020
      Analitika
      Comments Off on Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü: “Danışıqlar indi üçtərəfli razılaşmaya əsaslanmalıdır”
      Views : 211
      0
      Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü: “Danışıqlar indi üçtərəfli razılaşmaya əsaslanmalıdır”

      Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirir.

      Bu, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bəyanatına cavabında əksini tapıb.

      Deyilib ki, həmsədrlərin Daimi Şurada son çıxışından bəri Ermənistan-Azərbaycan münaqişəsində status-kvo dəyişib və silahlı münaqişənin dayandırılması istiqamətində Ermənistan, Azərbaycan və Rusiya arasında 9 noyabrda imzalanan üçtərəfli bəyanat imzalanılıb.

      Bildirilib ki, Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir: “Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, ATƏT-in Minsk Qrupunun münaqişə tərəfləri ilə birbaşa sərhədləri olan yeganə həmsədr ölkəsidir və bizimlə uzunmüddətli tarixi bağları var. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik, stabillik və sülhün gücləndirilməsində birbaşa maraqlı olmasını izah edir. Rusiya Prezidenti Vladimir Putin son müsahibəsində Rusiya dövlət başçısının vasitəçiliyinin 9 noyabr 2020-ci il tarixli razılığın əldə edilməsində oynadığı mühüm rol barədə kifayət qədər detallı bəhs edib. Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir. Rusiya Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyətinin qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını hər zaman və tam şəkildə dəstəkləyib. Rusiya Prezidentinin beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ bölgəsi, həm də ona bitişik bütün rayonların Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması ilə bağlı sözləri xüsusilə vacibdir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir. Digər həmsədr ölkələr, xüsusilə də ABŞ və Fransa da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT prinsiplərinə və öhdəliklərinə əsaslanan belə prinsipial mövqe nümayiş etdirməlidirlər”.

      Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətindəki gələcək fəaliyyəti yeni reallıqları və əldə edilən razılaşmanı əsas götürməlidir: “Bu gün münaqişənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında nizamlanması üçün əsaslı danışıqları bərpa etməyə dair çağırışları eşitdik. Bu yenilənmiş çağırışlar yeni reallıqları və Minsk prosesinin təxminən üç onilliyindən sonra Azərbaycan, Ermənistan və həmsədrlərdən biri olan Rusiya arasında əldə olunmuş razılığı əsas götürməlidir. 9 noyabr razılaşması beynəlxalq hüququn zəfərini simvolizə edir. Bu baxımdan biz Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın bu müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etməsinin böyük bir səhv və bu ölkə üçün “intihar”a bərabər olacağı ilə bağlı qiymətləndirməsini bölüşürük”.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı
      Next article
      “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı
      Ermənistanda Kim İstəyinə Nail Ola Bİlər? - Elxan Ələsgərov (Nə Baş Verir?)
      Previous article
      Ermənistanda Kim İstəyinə Nail Ola Bİlər? – Elxan Ələsgərov (Nə Baş Verir?)

      Related Posts

      • Analitika December 7, 2020

        Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni

        Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
        Analitika December 3, 2020

        Avropa Azərbaycandan müharibə və silahlar

        Avropa Azərbaycandan müharibə və silahlar məsələsində hansı dərsləri öyrənə bilər?
        Analitika November 25, 2020

        “PUTİN VƏ ƏRDOĞAN QƏRBƏ QARŞI

        “PUTİN VƏ ƏRDOĞAN QƏRBƏ QARŞI ALYANS YARADIBLAR” – “Qarabağ istiqamətində də stabil əməkdaşlığa nail ola bilirlər…”
      • Analitika November 16, 2020

        Ermənistanda məğlub hərbçilərlə qurulan rejim

        Ermənistanda məğlub hərbçilərlə qurulan rejim – dəyişən rollar
        Analitika November 10, 2020

        Şuşa uğrunda döyüşən ELFlərimiz...

        Şuşa uğrunda döyüşən ELFlərimiz…
        Analitika November 2, 2020

        “New York Times” Qarabağ müharibəsindən

        “New York Times” Qarabağ müharibəsindən yazdı:”XALQ ƏRAZİLƏRİN TAM AZAD OLMASINI İSTƏYİR”

      Xəbərlər

      • “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017