• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı

      November 20, 2020
      Ekspert rəyi
      Comments Off on “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı
      Views : 201
      0
      “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı

      “Ermənstan-Azərbaycan münaqişəsinin hərbi fazasının ikinci mərhələsinin başa çatması ilə biz yeni mərhələnin başlanğıcının astanasındayıq”.

      Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son prosesləri şərh edərkən yazıb.

      Sabiq nazirin sözlərinə görə, yeni mərhələni iki dövlətin aşağıdakı şəraitdə hərbi-siyasi qarşıdurması kimi səciyyələndirmək olar: Mövcud və 1 dekabr tarixindən sonra yaranacaq təmas xəttində Rusiya sülhməramlıları var, eyni zamanda Türkiyə müşahidəçilərinin iştirakı ilə monitorinq missiyası yerləşdiriləcək.

      “Rusiya və Türkiyə hərbçilərinin Azərbaycana gəlmələrinin mənası nədir? Bunun mənası odur ki, Ermənistanın təslim olması şərtlərinə görə, onun silahlı qüvvələri bizim ölkənin bütün ərazisini tərk etməyə məcbur edilib, münaqişəyə qədər əsasən ermənilərin yaşadıqları ərazinin bir hissəsində isə, təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edəcəklər. Bu zonalar tamamilə silahsızlaşdırılmalı və orada yalnız Rusiya hərbçilərində silah olacaq. Münaqişə zonasındakı Azərbaycanın nəzarətində olan bütün ərazilərdə və 1 dekabr tarixindən sonra nəzarətimizə keçəcək digər ərazilərdə dövlətimizin yurisdiksiyası tam həcmdə və məhdudiyyətsiz şəkildə bərpa olunacaq”.

      T.Zülfüqarovun fikrincə, yuxarıda qeyd olunan hərbi-texniki reallıqlar çərçivəsində, ümumilikdə, beynəlxalq aləm tərəfindən tanınmış məhz bizim torpaqlarımızın yerdə qalan 3 faizi üzərində Azərbaycanın suverenliyinin bərpası istiqamətində siyasi proseslər baş verəcək: “Qeyd etmək lazımdır ki, razılaşmaların həyata keçirilməsi 1 dekabr tarixindən sonra məcburi köçkülərin 99 faizinin – 1991-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş total etnik təmizləmənin qurbanları olmuş azərbaycanlılar öz evlərinə qayıtmaq imkanı qazanacaqlar”.

      Sabiq nazirin sözlərinə görə, qeyd olunanlardan çıxış edərək, əsas taktiki vəzifələr aşağıdakılardır:

      1. Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması cədvəli ilə nəzərdə tutulmuş tədbirlərin qeyd-şərtsiz icrası;
      2. 1 dekabr tarixindən sonra ən qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin yerdə qalan bütün bölmələrinin və texnikasının müəyyənləşdirilməsi və Azərbaycan ərazisindən çıxarılması təmin edilməli;
      3. Sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılması;
      4. Hazırda qanunsuz silahlı birləşmələrin dövriyyəsində olan silah və hərbi texnikanın toplanması və Azərbaycan tərəfinnə təhvil verilməsi;
      5. Sülhməramlı qüvvələrin nəzarətindəki ərazilərdə qeyri-qanuni olan şəxslərin müəyyənləşdirilməsi və oradan uzaqlaşdırılması;

      T.Zülfüqarov bildirib ki, bu vəzifələri yerinə yetirmək üçün sülhməramlı qüvvələrin və müşahidə missiyasının mandatının müəyyənləşdirilməsi üzrə Rusiya və Türkiyə ilə dərhal danışıqlara başlayacaq hökumət orqanı yaratmaq lazımdır. Nəticədə meydana çıxacaq sənəd Milli Məclisin xüsusi qərarı ilə təsdiq edilməlidir.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Bu gecə Erdoğanla Putin telefonla Dağlıq Qarabağ məsələsini müzakirə ediblər - Anadolu Agentliyi yazır
      Next article
      Bu gecə Erdoğanla Putin telefonla Dağlıq Qarabağ məsələsini müzakirə ediblər – Anadolu Agentliyi yazır
      Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü: "Danışıqlar indi üçtərəfli razılaşmaya əsaslanmalıdır"
      Previous article
      Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü: “Danışıqlar indi üçtərəfli razılaşmaya əsaslanmalıdır”

      Related Posts

      • Ekspert rəyi December 14, 2020

        Paradın 10 dekabra salınmasının –

        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Ekspert rəyi December 10, 2020

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
        Ekspert rəyi December 7, 2020

        “Azərbaycan ərazilərində əlavə türk hərbi

        “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • Ekspert rəyi December 3, 2020

        “Tezliklə biz, ermənilər Rusiya pasportları

        “Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” –”NEW YORK TIMES”-IN QARABAĞDAN REPORTAJI
        Ekspert rəyi November 25, 2020

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti... –

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti… – Şərh
        Ekspert rəyi November 16, 2020

        General Reşetnikov: "Ermənistanda hakimiyyəti anti-Rusiya

        General Reşetnikov: “Ermənistanda hakimiyyəti anti-Rusiya qüvvələri götürsələr…”

      Xəbərlər

      • “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017