• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Bakıda “Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)

      September 24, 2020
      Tədbirlər
      Comments Off on Bakıda “Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
      Views : 81
      0
      Bakıda “Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)

      Bakı. Trend:

      “Baku Network” ekspert platformasında “Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib.

      Trend-in məlumatına görə, tədbir on il əvvəl Şəkinin Kiş kəndində Qafqaz Albaniyasına məxsus kilsənin restavrasiyası üçün birinci ekspedisiyanın təşkil olunmasının ildönümü ilə əlaqədar təşkil olunub.

      Konfransda tədbirin moderatoru, “Baku Network” Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov, tarix elmləri doktoru Məhəbbət Paşayeva, Rusiya Federasiyası Volqoqrad vilayətinin udin icmasının sədri, fəlsəfə elmləri doktoru Riçard Danakar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, alban-udin xristian icmasının sədri Robert Mobili, azərbaycanlı tarixçi və ekspert Rizvan Hüseynov, eləcə də Trend BİA-nın baş direktor müavini Gülnarə Məmmədzadə çıxış ediblər.

      Elxan Ələsgərov qeyd edib ki, on il əvvəl Azərbaycan hökumətinin tapşırığı ilə Elmlər Akademiyasının böyük ekspedisiyası Şəki rayonunun Kiş kəndinə gedib və burada qədim xristian kilsəsinin restavrasiyası işləri başlayıb:

      “Bu həmin dövrdə idi ki, Azərbaycan müharibə ilə bağlı yaralarını təzə-təzə sağaldırdı və ölkənin nəhəng maliyyə ehtiyatları yox idi. Amma buna baxmayaraq, Azərbaycan tarixi əhəmiyyət daşıyan böyük addım atdı. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan azsaylı, amma Qafqazın ən qədim xalqı, xristian Qafqaz Albaniyasını məskunlaşdıran udinlərə və digər xalqlara doğru addım atdı və kilsəni restavrasiya edərək açdı. Fikrimcə, bu, ərazisinin 20 faizinin işğaldan azad edilməsi ilə məşğul olan, bir milyon qaçqının həyat şəraitini təmin etməli olan və təmin edən bir ölkənin, eyni zamanda azsaylı, amma Azərbaycan üçün doğma olan udin-alban icmasına əl uzatması ilə bağlı dünya tarixində misilsiz bir addımdır”.

      E.Ələsgərov qeyd edib ki, Azərbaycanda çox güclü albanşünaslıq ənənələri var:

      “Söhbət bir xalqın deyil, xristianlıq dövründə Azərbaycanda məskunlaşmış bütün xalqların irsindən gedir. Azərbaycan bu irsi azsaylı udin icmasının simasında saxlayıb. Hesab edirəm ki, bu, həmin icmanı hər yolla assimilyasiya etməyə çalışmış bir çox ölkə üçün nümunədir. Burada ərazilərimizi işğal etmiş və alban kilsəsini erməni kilsəsi kimi qələmə verməyə çalışan Ermənistanı qeyd etmək lazımdır. Azərbaycan qədim xristian kilsələrini bərpa etməklə dünya sivilizasiyasının tarixi irsinin qorunması işinə böyük töhfə verdiyi vaxtda, qədim xristian dövləti adına iddia edən Ermənistan utanmadan alban kilsələsini özününkü kimi qələmə verir və hər yerdə müsəlman məbədlərini vəhşicəsinə dağıdır. Azərbaycan və buranı məskunlaşdıran xalqlar Qafqaz Albaniyasının və bu ərazidəki digər dövlət quruluşlarının varisləridir”.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      "Azerbaycan, Türkiye ve Pakistan`ın askeri potansiyelinden yararlanmalı" - GÜVENLİK UZMANI
      Next article
      “Azerbaycan, Türkiye ve Pakistan`ın askeri potansiyelinden yararlanmalı” – GÜVENLİK UZMANI
      Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub
      Previous article
      Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub

      Related Posts

      • Tədbirlər October 12, 2020

        Prezident İlham Əliyevin xalqa müraciəti

        Prezident İlham Əliyevin xalqa müraciəti Avropada böyük əks-səda doğurub – Maisə Gündoğdu “Baku Network” platformasında – VİDEO
        Tədbirlər July 29, 2020

        “Paşinyanın Qarabağ “diplomatiyası” müharibəyə aparan

        “Paşinyanın Qarabağ “diplomatiyası” müharibəyə aparan yoldur” Elxan Ələsgərov
        Tədbirlər May 27, 2020

        “Baku Network”un rəhbəri Elxan Ələsgərov

        “Baku Network”un rəhbəri Elxan Ələsgərov “Əsrlərdən, illərdən – xatırlayın!” onlayn layihəsində (VİDEO)
      • Tədbirlər March 22, 2020

        41 PARALEL - Qafqazda konflikti

        41 PARALEL – Qafqazda konflikti kim qızışdırır?
        Tədbirlər February 21, 2020

        Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri

        Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir – FOTO
        Tədbirlər February 19, 2020

        Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri

        Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir – FOTO

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017