• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib

      January 13, 2021
      Xəbərlər
      Comments Off on “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      Views : 43
      0
      “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib

      Bakı. Trend:

      “Baku Network” Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

      Trend-in məlumatına görə, COVİD-19 infeksiyasına yoluxan Elxan Ələsgərov vəziyyəti ağır olduğu üçün bir müddət əvvəl reanimasiyaya yerləşdirilərək süni nəfəs aparatına qoşulmuşdu. Həkimlərin səyinə baxmayaraq, bu gün Elxan Ələsgərov dünyasını dəyişib.

      Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

      Elxan Ələsgərov Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. “Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında çalışıb. Minsk şəhərində yerləşən “Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr üzrə “Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

      Elxan Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilmişdi. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.

      Elxan Ələsgərov “Qafqaz Albaniyası” və “Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. “Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

      Trend İnformasya Agentliyi olaraq kollektivimizin dəyərli üzvü, politoloq, fəlsəfə doktoru Elxan Ələsgərovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

      Allah rəhmət eləsin!

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      "Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur" - Almaniya XİN
      Next article
      “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      Niderlandda meriya binasında "Baku Network"un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      Previous article
      Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)

      Related Posts

      • Xəbərlər February 22, 2021

        Ermənilərin qətlə yetirdiyi 7 yaşlı

        Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
        Xəbərlər February 14, 2021

        Missiyası Azərbaycana xidmət etmək olan

        Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
        Ekspert rəyi, Xəbərlər February 3, 2021

        Yeni idarəetmə institutu nə ilə

        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      • Xəbərlər February 1, 2021

        Ermənilərin abidələrimizə vurduğu zərər 88

        Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü
        Xəbərlər January 27, 2021

        "Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən

        “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
        Xəbərlər January 13, 2021

        Niderlandda meriya binasında "Baku Network"un

        Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)

      Xəbərlər

      • Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      • Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      • Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü
      • “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video

      Ekspert rəyi

      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        February 3, 2021

        İşğaldan azad edilmiş bölgələrədə atılan addımlar göstərir ki, görüləcək bütün işlər mərhələli şəkildə aparılmaqla yanaşı, sistemli xarakter daşıyır. Belə ki, ...

        Read More

      Arxiv ▼

      February 2021
      M T W T F S S
      « Jan    
      1234567
      891011121314
      15161718192021
      22232425262728

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017