• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Bir aydan sonra gərginlik və qeyri-stabillik artacaq

      November 14, 2018
      Ekspert rəyi
      Comments Off on Bir aydan sonra gərginlik və qeyri-stabillik artacaq
      Views : 663
      0
      Bir aydan sonra gərginlik və qeyri-stabillik artacaq

      “Bir aydan sonra Ermənistanda gərginlik yaşanacaq, ölkədə qeyri-stabillik daha da artacaq”.

      Bu barədə Milli.Az-a açıqlamasında “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

      Onun sözlərinə görə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın ən zəif nöqtəsi Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki vəziyyət, yəni Qarabağ siyasətidir: “Onun Qarabağla əlaqədar başqa uzlaşma yeri yoxdur və o, daxili siyasətdə nüfuzunu artırmaq üçün populist bəyanatlar verir. Eyni zamanda Qarabağ siyasəti Paşinyanın və Ermənistanın xarici siyasətini dalana aparır, çıxılmaz vəziyyətə sürükləyir. Bu məsələ özünü Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilən son sammitində də biruzə verdi. Ermənistanda KTMT-nin Baş katibi olan general Yuriy Xaçaturova cinayət işi açılaraq geri çağrılan kimi təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə KTMT-nin Baş katibi olan Ermənistan nümayəndəsi vaxtından əvvəl vəzifəsindən azad edildi.

      Belə bir şəraitdə Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Əsas səbəb isə yaxınlaşmaqda olan parlament seçkiləridir. Məhz dekabrdakı bu seçkilərdən sonra hansı qüvvələrin qalib gələcəyi bilinəcək. Yeni Baş nazirin kimliyi və Nikol Paşinyanın yenidən baş nazir olub-olmayacağı da bu seçkilərin nəticələrindən asılı olacaq”.

      E.Ələsgərov hesab edir ki, dekabrda Ermənistanda gərginlik pik həddə çatacaq: “Xüsusi qeyd etmək lazımdır ki, bu ərəfədə məşhur terrorçu, Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Jirayr Səfilyan həbsdən azadlığa buraxıldı. Paşinyan bununla Ermənistanda və işğal altındakı Dağlıq Qarabağdakı radikal millətçilərə bir jest elədi. Yəni bununla bildirdi ki, mən sizinləyəm. Digər tərəfdən, sabiq Prezident və Baş nazir Serj Sarqsyan Respubilka Partiyasının son iclasında sərt çıxış edərək Dağlıq Qarabağ məsələsində razılaşmaya gedərsə, daşı-daşı üstündə qoymayacağına dair bəyanat verib. Belə bir vəziyyətdə Paşinyanın siyasi kursu çox ziddiyyətli görünür. Ona görə də Ermənistan böyük hadisələrin ərəfəsindədir və güman ki, dekabrda burada böyük gərginlik yaşanacaq. Böyük ehtimalla seçkilərdə Paşinyan tərəfdarları qalib gələcək və o, yenidən Baş nazir olacaq. Lakin hətta Paşinyan seçiləndən sonra da Ermənistanın xarici siyasəti ilə daxili siyasəti arasında ziddiyyət yaranacaq və bu ikili vəziyyətdə ölkədə stabillik yaranmaqdansa, daha qeyri-stabillik dərinləşəcək”.

      http://bakunetwork.com

      Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan  izləyin

      Tags : Azərbaycan, Dağlıq Qarabağ, Elxan Ələsgərov, Ermənistan
      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      İrana qarşı sanksiyalar və PKK: Vaşinqtonun bir əldə iki "kartı"
      Next article
      İrana qarşı sanksiyalar və PKK: Vaşinqtonun bir əldə iki “kartı”
      Avropa ordusu ideyasını niyə Rusiya təqdir edir? – Şərh
      Previous article
      Avropa ordusu ideyasını niyə Rusiya təqdir edir? – Şərh

      Related Posts

      • Ekspert rəyi, Xəbərlər February 3, 2021

        Yeni idarəetmə institutu nə ilə

        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        Ekspert rəyi December 14, 2020

        Paradın 10 dekabra salınmasının –

        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Ekspert rəyi December 10, 2020

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Ekspert rəyi December 7, 2020

        “Azərbaycan ərazilərində əlavə türk hərbi

        “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
        Ekspert rəyi December 3, 2020

        “Tezliklə biz, ermənilər Rusiya pasportları

        “Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” –”NEW YORK TIMES”-IN QARABAĞDAN REPORTAJI
        Ekspert rəyi November 25, 2020

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti... –

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti… – Şərh

      Xəbərlər

      • Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
      • Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      • Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      • Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü
      • “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi

      Ekspert rəyi

      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        February 3, 2021

        İşğaldan azad edilmiş bölgələrədə atılan addımlar göstərir ki, görüləcək bütün işlər mərhələli şəkildə aparılmaqla yanaşı, sistemli xarakter daşıyır. Belə ki, ...

        Read More

      Arxiv ▼

      March 2021
      M T W T F S S
      « Feb    
      1234567
      891011121314
      15161718192021
      22232425262728
      293031  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017