• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələr “Baku Network”da (VİDEO)

      April 22, 2016
      Multimedia, Xəbərlər
      Comments Off on BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələr “Baku Network”da (VİDEO)
      Views : 1532
      0
      BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş müzakirələr “Baku Network”da (VİDEO)

      Bakı. Elçin Mehdiyev – Trend:

      “Baku Network” ekspert qrupu aprelin əvvəlində cəbhə xəttindəki hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni siyasi vəziyyətə və aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna həsr olunmuş növbəti müzakirələr keçirib.

      Trend-in məlumatına görə, müzakirələrdə “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli, siyasi ekspert Sahil İsgəndərov iştirak ediblər.

      Müzakirələrdə bildirilib ki, bu hadisələr zamanı Ermənistan həm döyüş meydanında, həm də diplomatik meydanda təkləndi. Elə bir nüfuzlu təşkilat qalmadı ki, birmənalı şəkildə Ermənistanın hərəkətini pisləməsin.

      Qeyd olunub ki, Azərbaycan dünyaya ciddi və qüdrətli dövlət olduğunu bir daha bəyan etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusu haqqında yaradılan süni mifi dağıtdı. Nəhayət, beynəlxalq təşkilatlar və dünya dövlətləri də münaqişənin həll edilməsinin vacibliyini anladı. Artıq bundan sonra status-kvonun davam etdirilməsi mümkün görünmür. Azərbaycanın aprelin əvvəlində cəbhə xəttində əldə etdiyi uğurlardan sonra Bakıda bu cür böyük forumun keçirilməsi böyük bir hadisədir.

      Bildirilib ki, cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməsəydi, bu tədbirin keçirilməsi şübhə altında ola bilərdi. Bu da Azərbaycanın bir uğurudur və cəbhə xəttində baş verən hadisələrdən sonra bir sıra dövlət və hökumət başçılarının, nüfuzli ictimai-siyasi xadimlərin Bakıda mötəbər tədbirdə iştirak edəcəyi bir daha onu sübut edir ki, Azərbaycanın tutduğu mövqe, Prezident İlham Əliyevin yürütdüyü siyasət çox uğurludur.

      Qeyd olunub ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Avropada deyirlər ki, multikulturalizm iflasa uğrayıb, amma Azərbaycan dünyaya multikulturalizmin yaşamasının ən bariz nümunəsini göstərdi.

      Qeyd edək ki, 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Tədbirdə bir sıra ölkələrin dövlət başçıları, nazirləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

      http://bakunetwork.com

      Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan  izləyin

      Tags : 7-ci Qlobal Forum, Arzu Nağıyev, Azərbaycan Silahlı Qüvvələri, Baku Network, BMT, Dağlıq Qarabağ münaqişəsi, Elxan Ələsgərov, Emil Hüseynli, Sahil İsgəndərov
      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Arzu Nağıyev: BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu ölkəmizə olan böyük etimadın nümunəsidir (VİDEO)
      Next article
      Arzu Nağıyev: BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu ölkəmizə olan böyük etimadın nümunəsidir (VİDEO)
      Arzu Nağıyev: Dağlıq Qarabağ münaqişəsində status-kvonun davam etməsi inandırıcı görünmür (VİDEO)
      Previous article
      Arzu Nağıyev: Dağlıq Qarabağ münaqişəsində status-kvonun davam etməsi inandırıcı görünmür (VİDEO)

      Related Posts

      • Xəbərlər January 13, 2021

        "Baku Network"un direktoru Elxan Ələsgərov

        “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
        Xəbərlər January 13, 2021

        Niderlandda meriya binasında "Baku Network"un

        Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
        Xəbərlər December 14, 2020

        Ərdoğanın Paradda dediyi şeir İranı

        Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Multimedia December 7, 2020

        Bundan sonra Ermənistanda nələr baş

        Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
        Xəbərlər December 7, 2020

        “İndi Rusiya silah ixracatçıları izah

        “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”
        Multimedia December 3, 2020

        Əsas məsələ 30.11.2020

        Əsas məsələ 30.11.2020

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017