• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək –Tarix açıqlandı

      November 14, 2019
      Xəbərlər
      Comments Off on Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək –Tarix açıqlandı
      Views : 21
      0
      Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək –Tarix açıqlandı

      Noyabrın 14-15-də Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.

      Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri,  həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcək.

      Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti Azərbaycan Dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə, “Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafıdır.

      Sammitdə Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam A.Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq. 

      Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb (FOTO)
      Next article
      DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb (FOTO)
      Tbilisidə keçirilən aksiyada 11 nəfər saxlanılıb- FOTO
      Previous article
      Tbilisidə keçirilən aksiyada 11 nəfər saxlanılıb- FOTO

      Related Posts

      • Xəbərlər December 4, 2019

        ZHAM.AM: Əliyev Paşinyanı niyə gülünc

        ZHAM.AM: Əliyev Paşinyanı niyə gülünc vəziyyətdə qoya bilib? (03.12.2019) – ARB 24 (Xəbərlər)
        Xəbərlər December 2, 2019

        "102-ci baza çıxsa Azərbaycan ordusu

        “102-ci baza çıxsa Azərbaycan ordusu 2 saata Yerevana çatacaq…”
        Xəbərlər November 25, 2019

        100 İLDİR DÜNYANI İDARƏ EDƏN

        100 İLDİR DÜNYANI İDARƏ EDƏN 8 AİLƏ… –Onlar qarşıdakı 100 il üçün anlaşa bilmirlər – ARAŞDIRMA
      • Xəbərlər November 20, 2019

        “İranda aksiya liderləri edam olunacaqlar”

        “İranda aksiya liderləri edam olunacaqlar”
        Xəbərlər November 20, 2019

        Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

        Paşinyan Romada: Ermənistan sülh istəyirmi?
        Xəbərlər November 18, 2019

        Almaniya 61 azərbaycanlını Azərbaycana deportasiya

        Almaniya 61 azərbaycanlını Azərbaycana deportasiya edib

      Xəbərlər

      • ZHAM.AM: Əliyev Paşinyanı niyə gülünc vəziyyətdə qoya bilib? (03.12.2019) – ARB 24 (Xəbərlər)
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib. 22.11.2019
      • AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ ATATÜRKLƏ ƏLAQƏDƏN NİYƏ İMTİNA EDİB? – Britaniya arxivlərinin məxfi sənədləri (TARİX)
      • TANAP ÜZRƏ 2-Cİ MƏRHƏLƏ YEKUNLAŞIR
      • RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR
      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
      • AVROPA İLƏ RUSİYANIN MÜNASİBƏTLƏRİ ARTIQ ƏVVƏLKİ KİMİ OLMAYACAQ
      • “102-ci baza çıxsa Azərbaycan ordusu 2 saata Yerevana çatacaq…”
      • 100 İLDİR DÜNYANI İDARƏ EDƏN 8 AİLƏ… –Onlar qarşıdakı 100 il üçün anlaşa bilmirlər – ARAŞDIRMA
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib

      Ekspert rəyi

      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
        Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu
        December 2, 2019

        Bakı. Trend: Azərbaycan həm enerji baxımından, həm də iqtisadi baxımdan TANAP-ın istifadəyə verilməsindən böyük fayda əldə edəcəkdir. Bunu Trend-ə tanınmış ukraynalı ekspert-iqtisadçı ...

        Read More

      Arxiv ▼

      December 2019
      M T W T F S S
      « Nov    
       1
      2345678
      9101112131415
      16171819202122
      23242526272829
      3031  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017