• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Erdoğan-Putin görüşü: kim nə qazandı?

      March 6, 2020
      Xəbərlər
      Comments Off on Erdoğan-Putin görüşü: kim nə qazandı?
      Views : 170
      0
      Erdoğan-Putin görüşü: kim nə qazandı?

      Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında davam edən 6 saatlıq görüş İdlibdə Türkiyə və Suriya qüvvələrini üz-üzə qoyan gərginliyin azaldılması baxımından önəmli nəticələr ortaya qoyub.

      Tərəflər 2018-ci il Soçi görüşməsində əlavə protokol kimi təqdim etdikləri 3 maddəlik bir mətni ictimaiyyətə açıqlayıb və uzun müddətdir gözlənən atəşkəsi elan edib.

      Erdoğan və Putinin açılış nitqlərindən sonra Sergey Lavrov və Mevlüt Çavuşoğlu tərəfindən rus və türk dillərində oxunan kompromis mətninin tam adının “İdlib bölgəsində vəziyyətin sabitləşdirilməsinə dair memoranduma əlavə protokol” olduğu bildirilib.

      • Türkiyə İdlibdə kimləri və nəyə görə müdafiə edir?
      • Putin-Erdoğan görüşü: İdlibdə atəşkəs barədə razılaşma əldə olunub
      • Suriya müharibəsi ABŞ-ın əlindən necə çıxdı?

      Üç maddəlik anlaşmanın son dərəcə qısa və detallı olmaması diqqəti cəlb edib. Aparılan qiymətləndirmələrdə tərəflərin atəşkəs və M4 şossesi ilə bağlı ümumi razılıq əldə etdikləri və həyata keçirilmə ilə bağlı prinsiplərin müzakirəsi zamanı detallar üzərində razılığa gəlinəcəyi nəzərdə tutulur.

      Bu protokola daxil edilən və edilməyən elementlər İdlib bölgəsinin yeni statusunun aydınlaşması tərəflərin mövqelərini də müəyyənləşdirəcək.

      Daimi atəşkəs yoxdur, fəaliyyətlər dayandırılır

      Atəşkəs: Əlavə protokolda “İdlib zolağının relyef zonasında təmas xətti boyunca bütün hərbi fəaliyyətlər 6 Mart 2020-ci il tarixində səhər saat 6: 01-dən dayandırılacaq” ifadələri yer alır. Türkiyə İdlib ilə əlaqədar olaraq “qalıcı atəşkəs” gözlədiyini bildirib.

      Prezident Erdoğan da açılış nitqində qalıcı atəşkəs üçün işlərə sürətlə davam edilməsi lazım olduğunu ifadə etməklə, Türkiyənin gözləntilərinin hərbi fəaliyyətlərin durdurulmasından daha çox olduğunu ortaya çıxardı. Mətndə hərbi fəaliyyətlərin dayandırılmadığı təqdirdə tədbirlərin görülməsi və ya mövcud müşahidə məntəqələri vasitəsi ilə pozuntular barədə məlumat veriləcək fəaliyyətlərin davam edib-etməməsi kimi elementlər yer almayıb.

      Hərbi fəaliyyətlər dayandırılsa da, protokolun girişindəki “terrorla mübarizə” nin Rusiya və Suriya orduları tərəfindən davam etdiriləcəyi gözlənilir.

      Beləliklə, Rusiya tərəfindən bir daha vurğulandı ki, Soçi Konsensusuna daxil olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən terrorçu elan edilmiş Hayat Tahrir al-Sham və Nusra Cəbhəsi kimi təşkilatlara qarşı mübarizə davam etdiriləcək. Putin öz çıxışında bir daha qeyd edib ki, bu məsələdə güzəşt olmayacaq. Ancaq bu, elan olunan barışığı kövrəkləşdirir.

      Türkiyə isə eyni mətnə ​​vətəndaşların və vətəndaş infrastrukturun hədəf alınmasının “üzrlü görülməlidir” ifadəsini əlavə etməklə rejimin hərbi əməliyyatlarının verdiyi ziyanı gündəmə gətirmiş oldu. Prezident Ərdoğan, çıxışında, Suriya ordusunun hücum edəcəyi təqdirdə Türk ordusunun ən ağır şəkildə cavab verəcəyini və Putinin Dəməşq rəhbərliyi üzərindəki təzyiqindən istifadə etməsinin vacibliyini bildirib.

      Türkiyə M5 quru yolunun Suriyanın nəzarətinə keçməsinə susub

      M4 şossesinə etibarlı dəhliz: Protokol şimaldan 6 kilometr və Hələbi Latakiya ilə birləşdirən M4 magistral yolundan 6 kilometr cənubda etibarlı bir dəhlizin qurulmasını, həmçinin avtomobil yolunun bəzi ərazilərində müştərək patrul xidmətlərini də əhatə edir.

      Rusiya hərbi polisi M4 yoluna nəzarət edir

      Rusiya və Suriyanın xüsusilə yanvar ayından bəri həyata keçirdiyi əməliyyatın başqa bir məqsədi M4 avtomobil yoluna tam nəzarət etmək olub.

      Rusiya Hələbi Şam şəhəri ilə birləşdirən M5 magistral yolunda bu hədəfə çatsa da, M4-də bu məqsədə çata bilmədi. Bu protokolla Rusiya M4 quru yoluna nəzarəti Türkiyə ilə müştərək həyata keçirməli olacaq. Protokolda M5 magistral yolunun qeyd edilməməsi bu strateji magistrala Suriyanın nəzarətinin təsdiqlənməsi kimi görülür.

      Tampon və ya təhlükəsiz zona mətndə yoxdur

      Protokolun bu maddəsinə “təhlükəsiz dəhliz” yaradılması daxildir. Türkiyənin məqsədi Türkiyə-Suriya sərhədində 30 kilometrlik bir ərazidə etibarlı bölgənin yaradılması və beləliklə, sərhədə yığılan suriyalıları də qoruma altına almaq idi. Protokolun bu maddəsi ilə bağlı qiymətləndirmələr təhlükəsizliyi təmin edilmiş M4 şossesinin istifadəyə veriləcəyini göstərir, yəni bu, Türkiyənin mülki şəxslərin müdafiəsini təşkil etmək planından uzaqdır.

      Türkiyə tampon yaxud təhlükəsiz bölgə arzusuna çatmamış görünür. Əvəzində isə Suriyanın ixtiyari yerində yaşayan ehtiyac içində olan Suriyalılara maddi köməyin çatdırılması və evlərindən məhrum edilmiş suriyalıların geri dönməsinin təşkilini mətnə daxil edib.

      Ancaq bölgədə vəziyyət təhlükəsiz səviyyəyə çatanadək Suriyalıların evlərinə dönmək ehtimalının olmaması bu fikrin reallaşdırılmasını çətinləşdirir.

      Rusiya-Suriya nəzarəti altında olan strateji Sərakib şəhəri

      Müştərək patrul: Protokolda ayrıca bir bölmədə qeyd olunur ki, 15 mart 2020-ci ildə Türkiyə-Rusiya ortaq patrulları Trumba-dan Ayn-Əl-Havr avtomobil yolunun bir hissəsini nəzarətə götürəcək. Mətndə Trumba şəhərinin strateji əhəmiyyətli Sərakib şəhərindən 2 kilometr qərbdə, M4 və M5 magistral yollarının kəsişməsində olduğu da qeyd olunur. Bazar ertəsi günü Sərakibe girən və bura hərbi polis yerləşdirən Rusiya, bu şəhərin nəzarətində qalacağını qeyd edib.

      Türkiyə və Suriya orduları geri çəkilmir

      Protokolda qeyd olunmamış əhəmiyyətli bir detal İdlib gərginliyi azaltma bölgəsində iştirak edən Suriya və Türkiyə ordularının mövqeləridir. Türkiyə Suriya ordusunun bölgədən çəkilməsini istəyirdi, ancaq bununla bağlı məqam mətnə daxil edilməyib. Eyni şəkildə Rusiya da Türkiyənin Soçi razılığından sonra yaratdığı müşahidə məntəqələrinin çoxunun funksiyasız qaldığını ifadə edərək İdlibin şimalına çəkilmələrini istəyirdi. Bu protokolda bu məqamların olmaması hər iki ordunun hazırkı hərbi mövqelərini qoruyacaqlarını göstərir.

      Yeni xəritələr yoxdur

      Rusiyanın daha bir vacib tələbi bölgədəki yeni vəziyyətin fonunda İdlib boğazı relyef bölgəsinin sərhədlərini daraltmış yeni bir xəritədə anlaşmaq olub. Daha əvvəl edilən müzakirələrdə Rusiya sahəsi yüzdə 60 nisbətində daraldan bir xəritə təklifi etmiş, ancaq Türkiyə təklifi qəbul etməmişdi. Moskva danışıqları nəticəsində Soçi Konsensusuna əlavə bir protokol olaraq elan edilən mətnin tərifi mövcud xəritə və ona uyğun olaraq yerləşdirilən müşahidə nöqtələri ilə əlaqədar Rusiyanın tələblərinə mənfi cavab kimi qiymətləndirilib.

      Bununla birlikdə, M4 magistral yolunu əhatə edəcək etibarlı bir dəhlizin olması gələcəkdə tərəflər üçün faktiki məhdudiyyət deyil. Bu dəhlizin istismarı və birgə patrul qoyulmasının təfərrüatları ilə bağlı müzakirələr də bu baxımdan vacib olacaq.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      “HƏTTA AZƏRBAYCAN HÜCUM DA EDƏ BİLƏR...” – “Moskvada Paşinyana açıq inamsızlıq var”
      Next article
      “HƏTTA AZƏRBAYCAN HÜCUM DA EDƏ BİLƏR…” – “Moskvada Paşinyana açıq inamsızlıq var”
      90 günlük viza, Naxçıvana qatar... Ərdoğanın Bakıya səfərinin nəticələri
      Previous article
      90 günlük viza, Naxçıvana qatar… Ərdoğanın Bakıya səfərinin nəticələri

      Related Posts

      • Xəbərlər January 13, 2021

        "Baku Network"un direktoru Elxan Ələsgərov

        “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
        Xəbərlər January 13, 2021

        Niderlandda meriya binasında "Baku Network"un

        Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
        Xəbərlər December 14, 2020

        Ərdoğanın Paradda dediyi şeir İranı

        Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Xəbərlər December 7, 2020

        “İndi Rusiya silah ixracatçıları izah

        “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”
        Xəbərlər December 3, 2020

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma İMZALANDI
        Xəbərlər November 25, 2020

        Müharibə başa çatandan sonra bəzi

        Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Bu sualdan da görünür ki, Qərb özünü nə qədər demokratik göstərməyə çalışsa da, mahiyyət etibarilə hələ də orta əsrin səlibçiləri təfəkküründədir.  Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.  O bildirib ki, islamafob hisslərini alovlandıran, islam müqəddəslərinin təhqirlərinə göz yuman, hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar:  “Azərbaycan daim dinindən, irqindən, cinsiyyətindən, millətindən asılı olmayaraq, bütün insanların sülh içində yaşadığı bir ərazi olub. Bu torpaqlarda hökm sürən heç bir dövlət nəzarətindəki xalqın dininə, inancına, yaşayışına qarışmayıb. Bunun ən gözəl nümunəsi yaşı yüzillər olan dini abidələr, məbədlərdir.  Lakin Qərb ölkələrinə baxdıqda bu dediklərimin eynisini demək mümkün deyil. Bu gün dünyada özünü demokratiyanın, insan haqları və azadlıqlarının beşiyi sayan Qərb ölkələrinin bir çoxu soyqırımlarla dolu, qaranlıq bir tarixi keçmişə malikdir. Avropada başda yəhudilər olmaqla, bir çox dini etiqad nümayəndəsi əsrlərlə inkvizisiya deyilən ədalətsiz dini məhkəmələrdə ölüm hökmünə məruz qalıb. Heç təsadüfi deyil ki, bu gün Avropada yaşı yüzdən çox olmayan bircə sinaqoq və ya məscid yoxdur. Lakin Azərbaycanda yəhudilərin yaşadığı Qırmızı qəsəbə kimi tarixi bir ərazi, yaşı minilliyi ötən alban kilsələri var. Bu reallıqlar çərçivəsində müharibə başa çatandan sonra bəzi Qərb liderlərinin qaldırdıqları məsələ yersiz və boşdur. Azərbaycan torpaqlarında yaşayan hər kəsin haqlarını qoruyub, qoruyacaq”.  Politoloqun sözlərinə görə, bu gün Azərbaycandakı kilsələrin aqibətindən narahat olan bəzi ölkələr bilməlidir ki, Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələsində UNESKO ilə çox sıx əməkdaşlıq edir:  “Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Buna görə də kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər gəlib xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017