Erməni bəhanəsi: Əgər Rusiya hərbi əməliyyatları dayandırmasaydı…
Aprelin əvvəlində cəbhədəki məğlubiyyəti həzm edə bilməyən ermənilər tarixi saxtalaşdıqları kimi, müharibənin nəticələrini də istədiyi şəkildə yalana yozmaq və Azərbaycanı məğlub tərəf kimi qələmə vermək istəyirlər.
Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, “Baku Network” ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.
Qrup rəhbərinin sözlərinə görə, ermənilər hərbi əməliyyatlar bitən kimi onlar “Alınmamış blitskriq” adlı film hazırlayıblar: “Film başdan-ayağa saxta məlumatlarla doludur. Amma reallıq başqadır. Rusiyadan, digər ölkələrdən olan hərbi müşahidəçilər də ermənilərin əksinə fikirlər irəli sürürlər. Əvvəla, bu, Azərbaycan tərəfdən hücüm yox, əks hücum idi. Ermənilər kəndlərimizi intensiv atəşə məruz qoyurdular. Ona görə də Azərbaycan ordusu əks hücuma keçib, amma bu blitskriq olmayıb. Çünki Azərbaycan ordusunun əks hücumu total xarakter daşımırdı. Digər tərəfdən isə bu döyüşlərdə yüksəkliklərin geri qaytarılması ilə yanaşı, ermənilərin yalanları da üzə çıxdı”.
Ekspert həmin yalanların nədən ibarət olduğuna da aydınlıq gətirib: “Birinci yalan odur ki, onlar Movses Akopyanın taleyinə aydınlıq gətirmək istəmirlər. O isə Ermənistan ordusunun qərargah rəisinin müavini, eyni zamanda “Dağlıq Qarabağ ordusu”nun komandanıdır.
Akopyan həmin döyüşlərdə ya öldürülüb, yaxud da ağır yaralı vəziyyətdədir. Bu isə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində baş verib. Ondan başqa da bir neçə yüksək vəzifəli zabit itib, ortada yoxdurlar. Onlar da ya ölüb, ya da yaralıdırlar. Ermənistan isə bu böyük məğlubiyyəti gizli saxlamağa çalışır. Onlar bu saxtakarlığı gizlətmək üçün digər saxtakarlığa əl atıb və Akopyanın döyüş vaxtı verdiyi müsahibəni, yəni köhnə kadrları yayıblar ki, guya o sağdır. Hərçənd, bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana, Dağlıq Qarabağa qeyri-qanuni səfəri vaxtı Akopyan nə onu qarşılayanlar arasında, nə də müşavirədə yox idi. Halbuki, M.Akopyan separatçı ordunun ən yüksək rütbəli və vəzifəli nümayəndəsidir.
İkinic məsələ, ermənilərin hərbi texniki vasitələrinin itkisi ilə əlaqədar yaydığı məlumatlarla bağlıdır. Onlar rəsmi olaraq 14 tankın vurulduğunu deyirlər, bizim isə yalnız bir tankımız minada partlayıb. Ermənilərin müdafiə döyüşü zamanı 14, hücum tərəfinin isə cəmi 1 tank itirməsi onların taktikasının nə dərəcədə yalnış olduğunu göstərir.
Ermənilər indi bəyan edirlər ki, guya əgər Rusiya əməliyyatları dayandırmasaydı, onlar güclü əks-hücuma keçəcəkdilər və guya Rusiayaya görə yüksəklikləri yenidən qaytara bilmədilər. Bu da növbəti böyük yalandır. Çünki o dərəcədə qorxu və vahimə içində idilər ki, tanklarını zirzəmilərdən heç üzə çıxara bilmədilər. Onların həmin 14 tankı isə Azərbaycanın tank əleyhinə ən müasir sistemləri ilə vurulub. Həmin tanklar nəinki zədələniblər, hətta param-parça olub metal qırıntılarına çevriliblər”.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: