• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Ermənilərin Şuşa ətrafında YENİ PLANI

      July 14, 2021
      Xəbərlər
      Comments Off on Ermənilərin Şuşa ətrafında YENİ PLANI
      Views : 396
      0
      Ermənilərin Şuşa ətrafında YENİ PLANI

      Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri həm real və mövcud vəziyyətin öyrənilməsi, həm də gerçək həqiqətlərin bütün dünyaya çatdırılması baxımından postkonflikt dövründə rəsmi Bakı üçün çox önəmli hadisədir. Bu dəfə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ümumilikdə 100-dən çox nümayəndəsi Füzuli və Şuşaya səfər etdilər. Diplomatik nümayəndələrin hər dəfə olduğu kimi budəfəki səfərləri də istər Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyinin, istərsə də onun sələflərinin faşist xislətini daha əyani şəkildə göstərmiş oldu, erməninin əsl simasını daha aydın gördülər. Diplomatların etdikləri açıqlamalardan da aydın sezilir ki, onlar da bu torpaqların erməni üçün yad olduğunun qarşılaşdıqları “mənzərə” əsasında şahidi olublar.

      Görünür, bu səfər Ermənistanı və onun havadarlarını bərk qıcıqlandırıb. Ermənilər 30 il müddətində bir daşı daş üstə qoymadıqlarını, Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini əks etdirən abidələri, tikililəri ancaq dağıdıb, talan edib, oğurladıqları faktını diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilat nümayəndələrinin öz gözləri ilə görüb həqiqəti daha yaxşı dərk etdiklərindən narahatlıqlarını gülünc addımla büruzə verdilər.

      Ötən gün Ermənistanın başsız XİN-in bəzi xarici diplomatların Şuşaya səfərini qanunsuz adlandırması və Şuşaya səfərə getmiş xarici ölkə nümayəndələrinə görə Ermənistandakı konsulların XİN-ə çağrılaraq onlara nota verilməsi düşmənin kin, nifrətini bir daha ortaya qoydu. Erməni tərəfi növbəti dəfə həyasızlıq nümayiş etdirərək Hadrutun və Şuşanın işğal edildiyini və oraya getməyin qəbuledilməz olduğunu bildirməklə 44 günlük müharibədən sonra yaranan reallığı qəbul etmək niyyətində olmadıqlarını göstərir. Təbii ki, Ermənistan XİN-in bu addımı Paşinyanın adına yazılmalıdır.

      Hazırda bütün dünya birliyi 44 günlük müharibənin nəticələrini qəbul edib və Xankəndi də daxil olmaqla bütün əraziləri Azərbaycanın tərkibində tanıyır. Avropa İttifaqının ən son bəyanatı da deyilənlərin nümunəsidir. Və ən əsası, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq.

      Dalana dirənən Ermənistanın bu gülünc addımı onun gələcəyi ilə bağlı nikbin proqnozların sonu ola bilər. Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota verməsindən belə nəticə çıxır ki, rəsmi İrəvan sülh sazişini imzalamaq fikrində deyil. Çünki sülh üçün öncə Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisini tanımalıdır. Bu qərar eyni zamanda Ermənistanın hələ də Azərbaycana ərazi iddiasindan əl çəkmədiyini göstərir.

      Dünən axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulması faktı Azərbaycanın həmin ərazilərdə antiterror əməliyyatlarının başlamasını zəruriləşdirir. Bu hadisə 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri zamanı diplomatlar arasında səfirinin yer almadığı Rusiyanın (ABŞ, Fransa – red) Azərbaycana güc nümayişi də ola bilər. Amma Azərbaycan daha 25-30 il əvvəlki Azərbaycan deyil. 30 illik işğala 44 günə son qoyan güclü orduya malik Azərbaycan bu gün regionun əsas söz sahibidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, düşmən təxribatlarını dayandırmalıdır, əks halda Dəmir yumruq yenidən işə düşə bilər. Bu, Ermənistan adlı bir dövlətin varlığının sual altına alınması ilə nəticələnə bilər. Bunu isə nə Paşinyan istəyir, nə də ermənilərdən təzyiq vasitəsi kimi istifadə edən havadarları. Anlamalıdırlar ki, belə olacağı təqdirdə regionda erməni rıçaqından tamamilə məhrum ola bilərlər. Çünki Azərbaycanda bunu bacaracaq Ordu, güc, silah və milli ruh var.

      Təhməz Əsədov
      Milli.Az

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir - Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      Next article
      Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      Ermənistan sülh sazişinə hazırlıq görür - Azərbaycanın planı həyata keçir
      Previous article
      Ermənistan sülh sazişinə hazırlıq görür – Azərbaycanın planı həyata keçir

      Related Posts

      • Xəbərlər January 5, 2022

        Elxan Ələsgərovun vəfatından bir il

        Elxan Ələsgərovun vəfatından bir il keçir
        Xəbərlər December 24, 2021

        Prezident İlham Əliyev çiçəklənən, müasir

        Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
        Xəbərlər December 15, 2021

        Prezident İlham Əliyev İspaniyanın “El

        Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Xəbərlər September 6, 2021

        Füzuli Beynəlxalq Aeroportu

        Füzuli Beynəlxalq Aeroportu
        Xəbərlər August 26, 2021

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
        Xəbərlər August 2, 2021

        Nazir Ermənistanın təxribatının qarşısının dərhal

        Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi

      Xəbərlər

      • Elxan Ələsgərovun vəfatından bir il keçir
      • Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
      • Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Füzuli Beynəlxalq Aeroportu
      • Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
      • Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi
      • Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      • Ermənilərin Şuşa ətrafında YENİ PLANI
      • Ermənistan sülh sazişinə hazırlıq görür – Azərbaycanın planı həyata keçir

      Ekspert rəyi

      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
        Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır –
        August 2, 2021

        Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək ...

        Read More

      Arxiv ▼

      April 2023
      M T W T F S S
      « Jan    
       12
      3456789
      10111213141516
      17181920212223
      24252627282930

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017