• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Ermənistan Rusiyaya xəyanət etdi – Cəzası necə olacaq?

      October 17, 2018
      Xəbərlər
      Comments Off on Ermənistan Rusiyaya xəyanət etdi – Cəzası necə olacaq?
      Views : 1010
      0
      Ermənistan Rusiyaya xəyanət etdi – Cəzası necə olacaq?

      Frankofoniya təşkilatının Ermənistanın paytaxtı İrəvanda keçirilən son sammitinin yekun bəyannaməsində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü təsdiq edilir. Yəni dolayısı ilə Rusiyaya birləşdirilmiş Krımın Ukraynanın tərkib hissəsi olduğu bildirilir. Maraqlıdır ki, sənədə Rusiyanın özünün yaxın müttəfiqi hesab etdiyi Ermənistan da imza atıb. Halbuki, rəsmi Moskva bu ilhaqı krımlılarının öz iradəsi əsasında Krımın Rusiyaya birləşdiyini iddia edir. Yəni Ermənistan bu sənədə imza atmaqla açıq-aşkar Rusiyaya qarşı çıxır.

      Digər tərəfdən Ermənistan prezidenti Armen Sarkisyan oktyabrın 12-də Rusiya, eləcə də dünyanın əksər dövlətləri tərəfindən tanınmayan Kosovo respublikasının prezidenti Haşim Taçi ilə görüşüb.

      Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində kosovonun xarici işlər naziri Nehcət Patsolli ilə görüşüb müzakirələr aparmışdı.

      “Soros” fondunun təsiri altında olan Ermənistanın yeni rəhbərliyinin Rusiyanın maraqlarına və mövqeyinə zidd olaraq prezident səviyyəsində Kosovonun dövlət başçısı ilə görüşməsi Kosovonun tanınması mənası daşıyır. Təsadüfi deyildir ki, Serbiya Prezidenti Frankafoniyanın Ermənistanda keçirilmiş sammitində iştirak etməkdən imtina etmişdi.

      Bundan əlavə, artıq bir neçə aydır ki, Ermənistanda anti-Rusiya əvhal-ruhiyyəsi güclənib. Ermənistandakı Rusiya hərbçilərinə qarşı çıxışlar edilir, eləcə də burada rusdilli məktəblərin azaldılması ilə bağlı sərt fikirlər səsləndirilir.

      Ermənistanla-Rusiya arasındakı bu qəribə “müttəfiqliyi” Milli.Az-a şərh edən “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov əslində bunun Ermənistan tərəfindən Ruisyaya qarşı xəyanət olduğunu bildirib:

      “Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsinin arxasında Qərb dövlətləri, Rusiyaya qarşı olan müəyyən qüvvələr, QHT-lərin qrantları, Corc Soros və onun fondudur. Nikol Paşinyanın özü isə anti-Rusiya yönümlü siyasətçidir. Bunu inkar etmək mənasızdır. Ermənistanın yeni rəhbərliyini addım-addım idarə edən həmin qüvvələr təbii ki, Rusiyaya qarşı tədbirlər görülməsini tələb edirlər. Təbii ki, Ermənistan rəhbərliyinin Kosovo rəhbərləri ilə yüksək səviyyədə görüşü, Ermənistanda rus məktəblərinin bağlanması, İrəvanda Frankofoniya təşkilatının sammitinin bəyannaməsinə Ukraynın ərazi bütövlüyünü dəstəkləyən, dolayısı ilə Rusiyanın əleyhinə olan maddənin əlavə edilməsi bir zəncirin halqalarıdır. Təbii ki, Rusiya bunu anlayır. Sadəcə hazırda Rusiya ətrafında yaranmış siyasi vəziyyət çox gərgindir. Hələ ki, Moskva proseslərə adekvat cavab verə bilmir. Lakin Ermənistanla Rusiya arasındakı bu ziddiyyətlər açıq şəkildə üzə çıxarılmır. Çünki Paşinyan hələ hakimiyyətdə möhkəmlənməyib. O, xalq tərəfindən seçilməyib, sadəcə çevriliş nəticəsində hakimiyyətə gəlib. Bunun üçün ona qarşıdan gələn parlament seçkilərində tam qələbə qazanmaq və hakimiyyəti hərtərəfli ələ keçirmək lazımdır. Məhz qarşıdakı seçkilər Paşinyanın və Ermənistanın yeni rəhbərliynin aqibətinin necə olcağını göstərəcək.

      Paşinyan hakimiyyətə gələndən sonra vaxtilə İrəvanda hərbi qiyam etmiş “Sasna Tsrer” hərbi-terrorçu təşkilatın həbs edilmiş 27 üzvünü həbsxanadan azad edib. Onlar isə öz növbəsində silahı yerə qoyub dinc qaydada siyasətə məşğul olacağına söz veriblər. Əslində həmin şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəsriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə də iştirak edib. Bu cinayətkarlar həm də Rusiyaya qarşı kəskin mövqedə duran terrorçulardır. Əslində bu, Paşinyanın məsələlərə siyasi don geydirib özü üçün silahlı şəxslərdən, muzdurlardan ibarət dəstənin yaradılmasının təməlini atması deməkdir. Bu göstərir ki, Ermənistan rəhbərliyi hakimiyyətdə qalarsa, gələcəkdə Rusiyaya qarşı daha radikal olacaq”.

      Rusiyanın Ermənistana qarşı hansı addımlar ata biləcəyinə gəlincə, E.Ələsgərov hesab edir ki, bunun üçün Rusiyanın əlində çöx böyük imkanlar var: “Əvvəla, Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Siyasi proseslərə təsir edə biləcək iqtisadi rıçaqlar, o cümlədən Rusiyanı dəstəkləyən siyasi qüvvələr var. Ona görə də böyük ehtimalla Paşinyan kimi Rusiya da Ermənistandakı parlament seçkilərinin nəticələri gözləyir. Yəni hələlik Rusiya gözləmə mövqeyini tutub. Çünki Moskva indi vaxtilə Ukraynada olduğu kimi səhvə yol vermək, həddən artıq radikal addımlar atmaq istəmir. Əgər Moskva Ermənistanda radikal addımlar atsa, Qərb Rusiyanı daha dərin böhrana sürükləyə bilər. Məhz buna görə də rəsmi Moskva Ermənistan məsələsində mövqeyini ehtiyatla ifadə edir. Üzdən özünü neytral göstərir, daxildən isə böyük ehtimalla Ermənistana qarşı sərt tədbirlər hazırlanır. Məhz parlament seçkiləri Emrənistanın gələcəyinin necə olacağı və Rusiyanın hansı addımlar atacağı məlum olacaq”.

      http://bakunetwork.com

      Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan  izləyin

      Tags : Elxan Ələsgərov, Ermənistan, Frankofoniya, Rusiya
      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      İran ABŞ-ın onun daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib
      Next article
      İran ABŞ-ın onun daxili işlərinə qarışması ilə bağlı ittihamlarını rədd edib
      Makrondan Yerevanda Qarabağla bağlı incə işarə - ŞƏRH
      Previous article
      Makrondan Yerevanda Qarabağla bağlı incə işarə – ŞƏRH

      Related Posts

      • Xəbərlər March 1, 2021

        Prezident İlham Əliyev yerli və

        Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
        Xəbərlər February 22, 2021

        Ermənilərin qətlə yetirdiyi 7 yaşlı

        Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
        Xəbərlər February 14, 2021

        Missiyası Azərbaycana xidmət etmək olan

        Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      • Ekspert rəyi, Xəbərlər February 3, 2021

        Yeni idarəetmə institutu nə ilə

        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        Xəbərlər February 1, 2021

        Ermənilərin abidələrimizə vurduğu zərər 88

        Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü
        Xəbərlər January 27, 2021

        "Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən

        “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN

      Xəbərlər

      • Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
      • Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      • Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      • Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü
      • “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” – Almaniya XİN
      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi

      Ekspert rəyi

      • Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
        February 3, 2021

        İşğaldan azad edilmiş bölgələrədə atılan addımlar göstərir ki, görüləcək bütün işlər mərhələli şəkildə aparılmaqla yanaşı, sistemli xarakter daşıyır. Belə ki, ...

        Read More

      Arxiv ▼

      March 2021
      M T W T F S S
      « Feb    
      1234567
      891011121314
      15161718192021
      22232425262728
      293031  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017