• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Füzuli Beynəlxalq Aeroportu

      September 6, 2021
      Xəbərlər
      Comments Off on Füzuli Beynəlxalq Aeroportu
      Views : 342
      0
      Füzuli Beynəlxalq Aeroportu

      Bir il öncə ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdı. Otuz ilə yaxın müddətdə xalqımız üçün əlçatmaz olan arzu reallığa çevrildi. Qarabağ torpaqları gərgin döyüşlərdən sonra azad olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında həmin ərazilərdə çox böyük işlər görülməyə başlandı. Ən böyük quruculuq işlərindən biri Qarabağa hava qapısı olan Füzulidə yeni, beynəlxalq standartlara cavab verən aeroportun inşası oldu.

      Qeyd edək ki, bu il yanvarın 14-də Prezident İlham Əliyev Füzuli hava limanının təməlini qoyub.

      Çox qısa müddətdə hava limanı inşa olundu və sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşu reallaşdı. AZAL-ın “Qarabağ” adlı ən böyük sərnişin təyyarəsinin ilk sərnişinləri media nümayəndələri oldular. Çox qürur duyuram ki, mən də bu media nümayəndələrinin arasında oldum və belə bir tarixi səfər sevincini yaşadım.

      “Qarabağ” sərnişin təyyarəsinin gənc pilotu Fərid Pənahov da xoş bir həyəcan keçirdiyini vurğuladı:

      “Doğrudan da, beynəlxalq standartlara tam cavab verən bu hava limanının inşa edilməsi böyük uğurdur, tarixi hadisədir”.

      Bu liman ölkə iqtisadiyyatının, daxili və xarici turizmin inkişafında böyük rol oynayacaq. Hava limanının fəaliyyətə başlaması, həmçinin insanların işlə təmin olunması deməkdir. “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirir ki, təxminən sentyabrın axırına qədər limanın tam istismarı mümkün olacaq.

      Beləliklə Qarabağda bərpa işləri sürətlə davam edir. Hava limanının tikintisindən sonra ətrafda mənfur düşmənlərimiz tərəfindən daşı-daş üstündə qoyulmayan, vəhşicəsinə dağıdılan digər obyektlər, evlər də bərpa olunacaq.

      Düşmənlərimiz bilsin ki, hər şeyə qadir olan Azərbaycan xalqı həmin ərazilərdə əvvəlkindən də gözəl, möhtəşəm evlər inşa edəcək. Bəli, bir il bundan əvvəl bu ərazilər düşmən işğalı altında idi. İndi isə biz Qarabağı yenidən qururuq. Bu günümüz üçün qəhrəmanlarımıza borcluyuq. Bugünkü sevinci bizə yaşadan igid Azərbaycan oğullarına eşq olsun!!!

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibə verib
      Next article
      Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
      Previous article
      Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu

      Related Posts

      • Xəbərlər January 5, 2022

        Elxan Ələsgərovun vəfatından bir il

        Elxan Ələsgərovun vəfatından bir il keçir
        Xəbərlər December 24, 2021

        Prezident İlham Əliyev çiçəklənən, müasir

        Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
        Xəbərlər December 15, 2021

        Prezident İlham Əliyev İspaniyanın “El

        Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Xəbərlər August 26, 2021

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
        Xəbərlər August 2, 2021

        Nazir Ermənistanın təxribatının qarşısının dərhal

        Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi
        Xəbərlər July 17, 2021

        Dünya siyasi və iqtisadi xəbərlər

        Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə

      Xəbərlər

      • Elxan Ələsgərovun vəfatından bir il keçir
      • Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
      • Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Füzuli Beynəlxalq Aeroportu
      • Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
      • Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi
      • Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      • Ermənilərin Şuşa ətrafında YENİ PLANI
      • Ermənistan sülh sazişinə hazırlıq görür – Azərbaycanın planı həyata keçir

      Ekspert rəyi

      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
        Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır –
        August 2, 2021

        Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək ...

        Read More

      Arxiv ▼

      April 2023
      M T W T F S S
      « Jan    
       12
      3456789
      10111213141516
      17181920212223
      24252627282930

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017