• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Haqqımızda

      October 30, 2015
      0 Comments
      Views : 1662
      0

      “Вакı Beynəlxalq siyasət və Təhlükəsizlik Şəbəkəsi» ( «Baku Network»)

       

      2015-ci ilin avqust ayında Azərbaycan paytaxtı “Bakı Beynəlxalq Siyasət və Təhlükəsizlik Şəbəkəsi” (Baku International Policy and Security Network – BIPSN) adlı yeni  qeyri-hökumət “fikir fabriki”nin (think-tank) yaradılmasının şahidi oldu. «Trend» İnformasiya Agentliyinin dəstəyi ilə qurulan «Baku Network»un fəaliyyətini  keçmiş diplomat, fəlsəfə doktoru Elxan Ələsgərov həyata keçirir.

      Konseptual olaraq «Baku Network» coğrafi, iqtisadi və geosiyasi “kəsişmədə” yerləşən Azərbaycan paytaxtının payına düşən missiyanın dərk olunmasından yaranıb. Tarix boyu Bakı ərazisindən elə indi də mövcud olan və Xəzər dənizi, Qara dəniz, eləcə də Böyük və Kiçik Qafqaz dağları arasındakı geniş ərazini əhatə edən “Böyük İpək Yolu” keçib. Bu coğrafi arealda  qədim sivilizasiyaların tarixi fomalaşıb və bu gün Bakı burada məskunlaşmış etnosların müxtəlifliyini qoruyub saxlayır, burada müxtəlif mədəniyyət və məzhəblərin nümayəndələrinin birgə yaşayışının unikal modeli yaranıb. Bu şəhər dünya və regional kommunikasiyaların kəsişməsində yerləşib. Bu gün də müasir Bakı haqlı olaraq multikulturalizmin nümunəsi hesab olunur. Burada təkcə müxtəlif xalqların, millətlərin və dinlərin taleyi deyil, həm də Qərblə Şərqin, Şimalla Cənubun maraqları kəsişir.

      «Baku Network» bazasında azərbaycanlı və xarici akademik və diplomatik dairələrin, beynəlxalq siyasət və təhlükəsizlik sahəsində aparıcı mütəxəssislərin iştirakı ilə ekspert şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkə vasitəsilə aktual təhlükəsizlik problemləri, terrorçuluqla mübariz, müstəqil Azərbaycanın maraqlarının müdafiəsi məsələləri, həmçinin erməni təbliğatına və ölkəmizə düşmən tendesiyalara qarşı mübarizə məsələlərinin müzakirəsi həyata keçirilir.

      «Baku Network»un məqsədi Azərbaycanın xarici siyasət strategiyasının məlumat-analitik müşayiətinə yönəlmiş məsələlərin reallaşdırılması, dövlətimizin mövqeyinin aktuallaşması və ictimai rəyə ekspert dialoqu prizmasından lazımi təsirin göstərilməsi üçün intellektual platformanın yaradılmasıdır. «Baku Network» aparıcı xarici “fikir fabrikləri” (think-tank) ilə  ekspert səviyyəsində tərəfdaş əlaqələrinin yaradılması üçün müasir beynəlxalq təcrübədə qəbul olunmuş platformanın bir nümunəsidir.

      Elxan Ələsgərov, fəlsəfə doktoru

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017