• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Miqrantların qəbulu humanizm prinsiplərinə söykənir və bundan sui istifadə edilir

      November 20, 2019
      Ekspert rəyi
      Comments Off on Miqrantların qəbulu humanizm prinsiplərinə söykənir və bundan sui istifadə edilir
      Views : 16
      0
      Miqrantların qəbulu humanizm prinsiplərinə söykənir və bundan sui istifadə edilir

      Miqrantların qanunsuz yollarla xaricə aparılması demək olar ki, həmişə olub. Azərbaycana gəldikdə isə bu proseslər ölkəmiz müstəqillik əldə etdikdən sonra daha böyük vüsət alıb. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

      Politoloq bildirib ki, müxtəlif forma və metodlardan istifadə edərək Avropanın bir sıra dövlətlərinə, Türkiyəyə və digər ölkələrə gedənlər olub: “Mühacirət edənlər bir neçə kateqoriyaya bölünürlər. Birincisi siyasi, ikincisi dini, üçüncüsü etnik, dördüncüsü müxtəlif cinsi azlıqların nümayəndələri. Yəni bütün bu kateqoriyalardan istifadə edən şəxslər guya ki, Azərbaycanda bu və ya digər şəkildə təzyiqə məruz qalırlar və saxta sənədlər əldə edərək ölkəni münxtəlif formada, istər turist, istər qeyri-leqal formada tərk edərək həmin ölkələrə üz tuturlar. Təbii ki, bu proseslərə rəhbərlik edən və sənədləri hazırlayan şəxslər və qruplar var və hər kateqoriyaya uyğun olaraq sənədlər hazırlayır və qeyri leqal yollarla həmin şəxsləri xaricə çıxarırlar”.

      A.Nağıyev vurğulayıb ki, mütəmadi olaraq bir sıra ölkələrdən ekstradisiya olunanlar, deport edilənlər haqqında məlumatlar istər Avropanın, istərsə də yerli kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının materialları kimi dərc edilir: “Son vaxtlar isə daha çoxlu sayda mühacirlərin depotrasiyası və ekstradisiyası haqqında məlumatlar yayılıb, onların yerli və xaricdəki sənət düzəldənləri ifşa edilib. Bəli konkret misallar həddən artıq çoxdur”.

      Politoloq həmçinin qeyd edib ki, bu artıq etnik miqrasiya deyilən formaya aiddir: “Yəni erməni milliyyətindən olan şəxslərin guya Azərbaycanda diskreditasiyaya məruz qalmasını və ya yaşamağa imkan verilməməsini əks etdirən sənədlər düzəldərək xaricə üz tutanlardır. Acınacaqlısı odur ki, onların bir hissəsi azərbaycanlılardır ki, özlərini erməni kimi təqdim ediblər. Təbii ki, aralarında qarışıq nigahdan olanlar da var, lakin məlumdur ki, onlar da saxta sənədlər vasitəsilə getdikləri ölkələrdə özlərini incidilən və ya yaşamağa qoyulmayan şəxslər kimi təqdim ediblər. İlk növbədə onlar öz imiclərinə zərbə vurular, çünki həmin dövlətlərin miqrasiya məsələləri ilə məşğul olan dövlət qurumları bu proseslərə aydınlıq gətirdikdən sonra artıq onlar üçün ən çətin proseslər başlayır və deport məsələsi gündəmə gəlir”.

      Sonda isə politoloq bildirib ki, miqrantların qəbul edilməsi ilk növbədə humanizm prinsiplərinə söykənir və bundan da sui istifadə edilir: “Avropada insan haqları, dini etiqada hörmət, hər bir şəxsin yaşam tərzinə uyğun həyat sürməsi əsas məfhum kimi götürülür. Son vaxtlar bundan başqa ciddi yoxlamalar da baş verir. Çünki artıq miqrantlar dövlətə zərər gətirirlər, ictimai-siyasi prosseslərə ciddi mənfi təsir göstərirlər, sona qədər cəmiyyətə uyuşa bilmirlər. Burada həm də miqrantlardan öz xeyrinə istifadə edən dövlət qurumlarının da maraqları var, bu və ya digər şəkildə seçki proselərinə təsir üçün istifadə olunurlar. Sual oluna bilər ki, Suriyadan və ya digər ərəb dövlətlərindən çoxsaylı miqrantlar niyə məhz Avropanı seçirlər, bəyəm ərəb dövlətləri arasında imiqrant qəbul etmək iqtidarında olan digər dövlətlər azdırmı? Deməli məqsəd və səbəb müxtəlifdir. Bir müddət öncə Avropanın hüquq-mühafizə və xüsusi xidmət orqanları humanizmlə peşəkarlığı səhv saldıqlarına görə çox böyük çətinliklərə məruz qaldılar. Son zamanlar artıq ciddi proseslər gedir. Müəyyən dönüş yaranıb və nəticəsi də görünməkdədir”.

      Aysel Məmmədova

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      “İranda aksiya liderləri edam olunacaqlar”
      Next article
      “İranda aksiya liderləri edam olunacaqlar”
      Paşinyan Romada: Ermənistan sülh istəyirmi?
      Previous article
      Paşinyan Romada: Ermənistan sülh istəyirmi?

      Related Posts

      • Ekspert rəyi December 2, 2019

        Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın

        Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
        Ekspert rəyi November 18, 2019

        Gürcüstan müxalifəti parlamentin giriş-çıxış qapılarını

        Gürcüstan müxalifəti parlamentin giriş-çıxış qapılarını bağlayıb – Yenilənib
        Ekspert rəyi November 14, 2019

        Uduzan erməni diplomatiyası: çaşqınlıqdan yaranan

        Uduzan erməni diplomatiyası: çaşqınlıqdan yaranan məntiqsiz tezislər
      • Ekspert rəyi November 4, 2019

        Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyəti

        Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyəti
        Ekspert rəyi October 28, 2019

        Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi

        Politoloq: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı”
        Ekspert rəyi October 22, 2019

        RUS HAKERLƏR ÖZLƏRİNİ İRANLI KİMİ

        RUS HAKERLƏR ÖZLƏRİNİ İRANLI KİMİ QƏLƏMƏ VERİRLƏR –Amerikalı və ingilis kəşfiyyatçılar “Turla” qrupunun izinə düşüb

      Xəbərlər

      • ZHAM.AM: Əliyev Paşinyanı niyə gülünc vəziyyətdə qoya bilib? (03.12.2019) – ARB 24 (Xəbərlər)
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib. 22.11.2019
      • AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ ATATÜRKLƏ ƏLAQƏDƏN NİYƏ İMTİNA EDİB? – Britaniya arxivlərinin məxfi sənədləri (TARİX)
      • TANAP ÜZRƏ 2-Cİ MƏRHƏLƏ YEKUNLAŞIR
      • RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR
      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
      • AVROPA İLƏ RUSİYANIN MÜNASİBƏTLƏRİ ARTIQ ƏVVƏLKİ KİMİ OLMAYACAQ
      • “102-ci baza çıxsa Azərbaycan ordusu 2 saata Yerevana çatacaq…”
      • 100 İLDİR DÜNYANI İDARƏ EDƏN 8 AİLƏ… –Onlar qarşıdakı 100 il üçün anlaşa bilmirlər – ARAŞDIRMA
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib

      Ekspert rəyi

      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
        Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu
        December 2, 2019

        Bakı. Trend: Azərbaycan həm enerji baxımından, həm də iqtisadi baxımdan TANAP-ın istifadəyə verilməsindən böyük fayda əldə edəcəkdir. Bunu Trend-ə tanınmış ukraynalı ekspert-iqtisadçı ...

        Read More

      Arxiv ▼

      December 2019
      M T W T F S S
      « Nov    
       1
      2345678
      9101112131415
      16171819202122
      23242526272829
      3031  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017