• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

      February 14, 2021
      Xəbərlər
      Comments Off on Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      Views : 60
      0
      Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

      Yanvarın 5-də “Baku Network” ekspert şurasının direktoru, fəlsəfə doktoru, diplomat Elxan Ələsgərov vəfat edib.

      Bu gün onun ölümünün 40-cı günü tamam olur. Elxan Ələsgərovun ölümü təkcə Azərbaycanda deyil, həm də ölkə xaricində onu tanıyanlar üçün boyük itki oldu. Həmin günlərdə müxtəlif ölkələrdən onu tanıyanlar Bakıya zəng edir və başsağlığı bildirirdi. O, Türkiyə, Niderland, Rusiya, ABŞ, Qazaxıstan, Gürcüstan və bir çox digər ölkələrdə parlaq xatirə qoyub. Niderlandın Osterveyk şəhərində Elxan Ələsgərovun xatirəsinə hörmət əlaməti olaraq meriya binasında Azərbaycan bayrağı asıldı. İsrail, Rusiya KİV-lərində məqalələr dərc olundu

      Elxan Ələsgərov görkəmli azərbaycanlı, vətənpərvər, zabit olaraq öz Vətəninə xidmət etmək borcuna sadiq olub. Vətənə xidmət missiyası ilə Elxan Ələsgərov öz həyat yoluna başlayıb və ömrünün son günlərinədək Azərbaycan naminə işləyib. Son sözlərində o, 10 dekabr Zəfər paradını görə bilmədiyindən, bu təəssüratları yaxınları və dostları ilə paylaşa bilmədiyindən təəssüfləndiyini bildirib.

      Elxan Ələsgərov birinci Qarabağ müharibəsində döyüşüb, mükafatlarla təltif olunub. Həmin müharibə lə bağlı xatirələr onu ömrü boyu müşayiət edib. O, Azərbaycanın Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təsisçilərindən biri olub.

      İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Elxan Ələsgərov cəbhədən xəbərlərlə nəfəs alıb, ön cəbhədə əsgər və zabitlərin yanında ola bilmək üçün əlindən gələni edib.

      Onun dərin bilikləri və təcrübəsi Trend, “Baku Network”, bütün media, o cümlədən xarici media platformalarında aparılan informasiya işinə böyük töhfə verib. O, Azərbaycanın mövqeyini geniş beynəlxalq auditoriyaya çatdırıb.

      Onun son böyük işi “Qafqaz Albaniyası” məlumat resursununun nəşri olub. O, bu layihəni ölümündən qısa müddət əvvəl nəşr etdirdi və bu layihə üçün Qafqaz Albaniyasının tarixi və mədəni irsini qorumaq məqsədilə nəhəng elmi-maarifləndirici iş apardı.

      Elxan Ələsgərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2 kitab və 200-dən çox məqalənin müəllifidir. O, öz doktorluq işini “Əli və Nino” əsərinə həsr edib və bu ölümsüz əsərin həqiqi müəllifinin hüquqlarını və Azərbaycanla bağlılığını müdafiə edib.

      Elxan Ələsgərov Niderlandda diplomatik xidmətdə olarkən, azərbaycanlı qəhrəman Məmməd Məmmədov və İkinci dünya müharibəsində əsirlikdə olmuş daha 22 azərbaycanlının xatirəsini ucaldıb. O, azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xidmətlərini, 1943-cu il Tehran hadisələrindəki qəhrəmanlığnı təbliğ edib. Elxan Ələsgərov Qarabağ hadisələrinə həsr olunmuş bir neçə kitab dərc edib, bir sıra sənədli filmin ərsəyə gətirilməsində iştirak edib, bundan sonra Azərbaycan tərəfindən erməni cinayətkarlar üzərində məhkəmə proseslərində istifadə olunacaq sənədlər toplayıb.

      Elxan Ələsgərov Azərbaycanın yaddaşında vətənpərvər kimi qalacaq. O, Zəfər paradını görə bilməsə də, Şuşa, Kəlbəcər, Füzuli, Ağdamın qayıtmasının şahidi oldu. Bu, ölkəsinin maraqlarını hər zaman və hər yerdə müdafiə etmiş zabit, alim, jurnalist, tarixçi, diplomat üçün ən yaxşı mükafat və hədiyyədir.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən - REPORTAJ
      Next article
      Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      Previous article
      Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?

      Related Posts

      • Xəbərlər April 14, 2021

        Prezident İlham Əliyev: Zəngəzur dəhlizi

        Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
        Xəbərlər April 5, 2021

        Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək

        Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “İskəndər – M” raketi haradandır?
        Analitika, Xəbərlər March 29, 2021

        Ermənistan beynəlxalq hüququ yenidən ayaq

        Ermənistan beynəlxalq hüququ yenidən ayaq altına atmaqla məşğuldur
      • Xəbərlər March 23, 2021

        Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan

        Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında COVİD-19-la bağlı qətnamə qəbul edilib – XİN
        Neft və qaz, Xəbərlər March 15, 2021

        “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya

        “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir – Nazir – MÜSAHİBƏ
        Ekspert rəyi, Xəbərlər March 9, 2021

        SİYASƏT Hakimiyyət partiyası dəyişir: "Yeni

        SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?

      Xəbərlər

      • Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
      • OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
      • Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “İskəndər – M” raketi haradandır?
      • Ermənistan beynəlxalq hüququ yenidən ayaq altına atmaqla məşğuldur
      • Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında COVİD-19-la bağlı qətnamə qəbul edilib – XİN
      • “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir – Nazir – MÜSAHİBƏ
      • SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?
      • Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
      • Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      • Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

      Ekspert rəyi

      • SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?
        SİYASƏT Hakimiyyət partiyası dəyişir: "Yeni Azərbaycan"ın məqsədi nədir?
        March 9, 2021

        Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı ölkənin siyasi-ictimai həyatında yeni ilin ən önəmli hadisələrindən biri oldu. Hakimiyyət partiyası formatından çıxaraq cəmiyyətin ...

        Read More

      Arxiv ▼

      April 2021
      M T W T F S S
      « Mar    
       1234
      567891011
      12131415161718
      19202122232425
      2627282930  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017