• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi

      August 2, 2021
      Xəbərlər
      Comments Off on Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi
      Views : 353
      0
      Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi

      Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

      Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

      Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

      Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

      Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

      Tədris ilinin ikinci yarısında Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qışa hazırlığının təmin edilməsi, həmçinin hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə göstərişlər verib.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
      Next article
      Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
      Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir - Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      Previous article
      Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə

      Related Posts

      • Xəbərlər January 5, 2022

        Elxan Ələsgərovun vəfatından bir il

        Elxan Ələsgərovun vəfatından bir il keçir
        Xəbərlər December 24, 2021

        Prezident İlham Əliyev çiçəklənən, müasir

        Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
        Xəbərlər December 15, 2021

        Prezident İlham Əliyev İspaniyanın “El

        Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Xəbərlər September 6, 2021

        Füzuli Beynəlxalq Aeroportu

        Füzuli Beynəlxalq Aeroportu
        Xəbərlər August 26, 2021

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana

        Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
        Xəbərlər July 17, 2021

        Dünya siyasi və iqtisadi xəbərlər

        Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə

      Xəbərlər

      • Elxan Ələsgərovun vəfatından bir il keçir
      • Prezident İlham Əliyev çiçəklənən, müasir və təhlükəsiz Azərbaycan yaradıb – Dünya siyasətçiləri dövlət başçısını təbrik edi
      • Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib
      • Füzuli Beynəlxalq Aeroportu
      • Azərbaycan Prezidenti: Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına Heydər Əliyev faktoru mane olurdu
      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
      • Nazir Ermənistanın təxribatının qarşısının dərhal alınmasını əmr etdi
      • Dünya siyasi və iqtisadi xəbərlər bazarına yeni, ambisiyalı oyunçu gəlir – Emin Əliyev Trend və TASS agentliklərinin birgə layihəsi barədə
      • Ermənilərin Şuşa ətrafında YENİ PLANI
      • Ermənistan sülh sazişinə hazırlıq görür – Azərbaycanın planı həyata keçir

      Ekspert rəyi

      • Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
        Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır –
        August 2, 2021

        Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək ...

        Read More

      Arxiv ▼

      April 2023
      M T W T F S S
      « Jan    
       12
      3456789
      10111213141516
      17181920212223
      24252627282930

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017