• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Tarix
    • Analitika
    • Xəzər və Mərkəzi Asiya
      • Nəqliyyat
      • Neft və qaz
    • Tədbirlər
    • Multimedia
    • Ekspertlər
    • Partnyorlar
    Go to...

      Paşinyanın “Tehran planı”: ABŞ səssiz qalmayacaq

      January 23, 2019
      Xəbərlər
      Comments Off on Paşinyanın “Tehran planı”: ABŞ səssiz qalmayacaq
      Views : 27
      0
      Paşinyanın “Tehran planı”: ABŞ səssiz qalmayacaq

      İrana gedən yol Ermənistanı ABŞ sanksiyalarına məruz qoyacaq.

      Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

      “Bildiyiniz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırıb. Belə ki, İrəvana Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi və s. üçün ümumilikdə 732 milyon avro dəstək göstəriləcək. Hesab edirəm ki, İrəvan hər zaman olduğu kimi bu dəfə də məqsəddən yayınacaq və 15 il bundan öncə hazırlanan planı – Ermənistanın şimalından İran sərhədinə yolun çəkilməsini nəzərdə tutan layihəni reallaşdırmağa və onun üzərindən qazanc əldə etməyə cəhd edəcək”.

      Politoloq qeyd edib ki, Paşinyanın bu təşəbbüsü Ermənistanın ABŞ tərəfindən cəzalanmasına səbəb olacaq:

      “Bildiyiniz kimi, bir sıra Avropa ölkələri Vaşinqtonun İranın maraqlarına qarşı sanksiyalara qoşulmaq istəmir. Hətta bir sıra beynəlxalq ekspertlər AB-nin bu layihəsini ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı getmək kimi dəyərləndirirlər. Bu mənada siyasi intriqaya meyilli olan yeni İrəvan hökumətinin Vaşinqton və Brüssel arasında münaqişəni alovlandırmaq niyyəti ona baha başa gələ bilər. Belə ki, İrana avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi Ermənistanın ABŞ sanksiyalarına məruz qalması ilə nəticələnəcək”.

      Politoloq sözügedən layihədən sonra Ermənistanda üçtərəfli formatlarla bağlı ideyaların yaranmasına da toxunub:

      “AB-nin layihəsindən sonra İrəvanda İran-Ermənistan-Gürcüstan “geosiyasi ox”unun formalaşması barədə danışırlar. Bu mənada Paşinyanın Gürcüstanın baş naziri ilə qeyri-rəsmi görüşü heç də təsadüfi deyildi. Təbii ki, Paşinyanın Gürcüstan səfərində bu istiqamətdə müzakirələrin getdiyinə şübhə yoxdur. Hətta hazırda İran istiqamətində də əlaqələrin intensivləşdirilməsi gözlənilir. Belə ki, Paşinyanın İrana səfərinin təşkil edilməsi istisna edilmir. Ancaq Paşinyan hər iki halda uğursuzluğa düçar olacaq. Çünki belə bir format ümumiyyətlə Tiflis üçün maraqlı deyil. Gürcüstan Paşinyanın bu təklifinə yalnız Ermənistan Rusiya tabeçiliyindən çıxdıqdan sonra müsbət yanaşa bilər. Təbii ki, bu da indiki halda mümkün deyil”.

      Qeyd edək ki, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək. Layihə çərçivəsində ən az vəsaitin Ermənistana verilməsi nəzərdə tutulur. Belə ki, İrəvana 732 milyon avro ayrılıb ki, bu vəsaitin də 450 milyonu Şimal-Cənub magistralındakı Artaşak-Aqarak yolunun çəkilməsi üçün istifadə olunacaq.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      “Ermənistanı “bataqlıq”dan yalnız Azərbaycan xilas edə bilər”
      Next article
      “Ermənistanı “bataqlıq”dan yalnız Azərbaycan xilas edə bilər”
      Ermənistandakı cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var
      Previous article
      Ermənistandakı cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var

      Related Posts

      • Xəbərlər February 11, 2019

        Paşinyanın taleyi Bakının əlindədir –

        Paşinyanın taleyi Bakının əlindədir – Şərh
        Xəbərlər February 7, 2019

        ABŞ kəşfiyyatının Tramp administrasiyasının xarici

        ABŞ kəşfiyyatının Tramp administrasiyasının xarici siyasət kursu ilə ziddiyyət təşkil edən “Ümumdünya Təhdidlərinin Qiymətləndirilməsi” hesabatı nəyə hesablanıb?
        Xəbərlər February 7, 2019

        Qarabağ məsələsinin həllini istəməyən qüvvələr

        Qarabağ məsələsinin həllini istəməyən qüvvələr Paşinyana qarşı kampaniyaya başlayıblar – azərbaycanlı ekspert
      • Xəbərlər January 31, 2019

        Elxan Ələsgərov: Rusiya və Azərbaycan

        Elxan Ələsgərov: Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır
        Xəbərlər January 25, 2019

        “Ermənistanı “bataqlıq”dan yalnız Azərbaycan xilas

        “Ermənistanı “bataqlıq”dan yalnız Azərbaycan xilas edə bilər”
        Xəbərlər January 15, 2019

        Ermənistandakı cinayətlərdə onları kənardan təqdir

        Ermənistandakı cinayətlərdə onları kənardan təqdir edən qüvvələrin də rolu var

      Xəbərlər

      • Lider Tv Panoram 03.02.2019
      • Paşinyanın taleyi Bakının əlindədir – Şərh
      • ABŞ kəşfiyyatının Tramp administrasiyasının xarici siyasət kursu ilə ziddiyyət təşkil edən “Ümumdünya Təhdidlərinin Qiymətləndirilməsi” hesabatı nəyə hesablanıb?
      • Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır – 06.02.2019
      • Qarabağ məsələsinin həllini istəməyən qüvvələr Paşinyana qarşı kampaniyaya başlayıblar – azərbaycanlı ekspert

      Ekspert rəyi

      • Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi
        Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi
        December 10, 2018

        MDB dövlət başçılarının Sankt-Peterburq zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox mühüm əhəmiyyətə malikdir. Bu sözləri Axar.az-a ...

        Read More

      Facebook

      Arxiv

      February 2019
      M T W T F S S
      « Jan    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728  
      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017