• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Prezident İlham Əliyev Ərdoğana məktub göndərdi:”Bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz var”

      October 29, 2020
      Xəbərlər
      Comments Off on Prezident İlham Əliyev Ərdoğana məktub göndərdi:”Bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz var”
      Views : 386
      0
      Prezident İlham Əliyev Ərdoğana məktub göndərdi:”Bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz var”

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu yazıb.

      Strateq.az xəbər verir ki, məktubda deyilir:

      “Hörmətli cənab Prezident,

      Əziz Qardaşım.

      29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

      Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

      Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

      Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

      Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

      Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      "Çarəsiz Paşinyanın ümid etdiyi yeganə şey..." – Brayza
      Next article
      “Çarəsiz Paşinyanın ümid etdiyi yeganə şey…” – Brayza
      Naxçıvana zərbə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşıdurmada gücsüzlüyünün göstəricisidir - Elxan Ələsgərov
      Previous article
      Naxçıvana zərbə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşıdurmada gücsüzlüyünün göstəricisidir – Elxan Ələsgərov

      Related Posts

      • Xəbərlər January 13, 2021

        "Baku Network"un direktoru Elxan Ələsgərov

        “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
        Xəbərlər January 13, 2021

        Niderlandda meriya binasında "Baku Network"un

        Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
        Xəbərlər December 14, 2020

        Ərdoğanın Paradda dediyi şeir İranı

        Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Xəbərlər December 7, 2020

        “İndi Rusiya silah ixracatçıları izah

        “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”
        Xəbərlər December 3, 2020

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma İMZALANDI
        Xəbərlər November 25, 2020

        Müharibə başa çatandan sonra bəzi

        Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Bu sualdan da görünür ki, Qərb özünü nə qədər demokratik göstərməyə çalışsa da, mahiyyət etibarilə hələ də orta əsrin səlibçiləri təfəkküründədir.  Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.  O bildirib ki, islamafob hisslərini alovlandıran, islam müqəddəslərinin təhqirlərinə göz yuman, hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar:  “Azərbaycan daim dinindən, irqindən, cinsiyyətindən, millətindən asılı olmayaraq, bütün insanların sülh içində yaşadığı bir ərazi olub. Bu torpaqlarda hökm sürən heç bir dövlət nəzarətindəki xalqın dininə, inancına, yaşayışına qarışmayıb. Bunun ən gözəl nümunəsi yaşı yüzillər olan dini abidələr, məbədlərdir.  Lakin Qərb ölkələrinə baxdıqda bu dediklərimin eynisini demək mümkün deyil. Bu gün dünyada özünü demokratiyanın, insan haqları və azadlıqlarının beşiyi sayan Qərb ölkələrinin bir çoxu soyqırımlarla dolu, qaranlıq bir tarixi keçmişə malikdir. Avropada başda yəhudilər olmaqla, bir çox dini etiqad nümayəndəsi əsrlərlə inkvizisiya deyilən ədalətsiz dini məhkəmələrdə ölüm hökmünə məruz qalıb. Heç təsadüfi deyil ki, bu gün Avropada yaşı yüzdən çox olmayan bircə sinaqoq və ya məscid yoxdur. Lakin Azərbaycanda yəhudilərin yaşadığı Qırmızı qəsəbə kimi tarixi bir ərazi, yaşı minilliyi ötən alban kilsələri var. Bu reallıqlar çərçivəsində müharibə başa çatandan sonra bəzi Qərb liderlərinin qaldırdıqları məsələ yersiz və boşdur. Azərbaycan torpaqlarında yaşayan hər kəsin haqlarını qoruyub, qoruyacaq”.  Politoloqun sözlərinə görə, bu gün Azərbaycandakı kilsələrin aqibətindən narahat olan bəzi ölkələr bilməlidir ki, Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələsində UNESKO ilə çox sıx əməkdaşlıq edir:  “Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Buna görə də kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər gəlib xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017