• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR

      December 2, 2019
      Neft və qaz
      Comments Off on RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR
      Views : 7
      0
      RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR

      Rusiya Çinin enerji ehtiyacını təmin etmək üçün Sibirdən  nəhəng boru kəməri çəkib. “Sibir gücü” adlanan yeni qaz kəməri Rusiya prezidenti Vladimir Putinin layihəsinin bir hissəsidir. Belə ki, Putin Rusiyanın Avropanın qaz bazarlarından asılılığını azaltmağa çalışır və onun sürətlə böyüyən Asiya bazarlarına çıxmasını istəyir. “Bloomberg” nəşri həmin boru kəmərinin enerji sahəsindəki balansa təsirini araşdırıb.

      1. “Sibir gücü” nədir?

      Rusiyanın qaz nəhəngi “Qazprom” tərəfindən inşa edilən qaz kəməri Sibirin ən soyuq hissəsində yerləşən Çayandinsk və Kovıktinsk yataqlarından Çin sərhədində yerləşən Bloqeveşenskaya kimi təxminən 3 min kilometr uzanır. Qaz kəmərinin Rusiyanın payına düşən hissəsinə “Qazprom” nəzarət edəcək. Şirkət 2014-cü ildə 400 milyard dollarlıq saziş imzalayıb. Həmin sənədə əsasən, “Qazprom” 30 il ərzində hər il Çinin milli neft-qaz şirkətinə 38 milyard kub metr qaz tədarük etməlidir.

      2. Hazırda qaz kəmərinin vəziyyəti necədir?

      Oktyabrda “Qazprom” boru kəmərini qaz ilə doldurub. Rəsmi açılış dekabrın əvvəlinə nəzərdə tutulur. Açılış mərasiminin telekörpü rejimində keçirilməsi planlaşdırılır. Tədbirdə Putin və ÇXR sədri Si Tsinpinin (Xi Jinping) iştirakı gözlənilir. “Qazprom” sutkalıq 10 milyon kub metrlik tədarüklə başlamağı və 2025-ci ilədək maksimal buraxıcılıq qabiliyyətinə çatmağı düşünür.

      3. Niyə bu qaz kəməri Rusiya üçün vacibdir?

      Avropa ilə münasibətlər korlansa, “Sibir gücü” sığorta rolunu oynaya bilər. İndiyədək Rusiyada istehsal edilən qazın böyük bir hissəsi əsasən Ukraynanın boru kəmərləri ilə Qərbə nəql olunub. Bundan başqa Rusiya tankerlərlə maye təbii qaz (MTQ) ixrac edir. Həmin qaz Sibirin şimalında Yamal yarımadasında və Yaponiyanın yaxınlığında Saxalin adasında istehsal edilir.

      4. “Sibir gücü” Çinə niyə lazımdır?

      Çin dünyanın ən böyük enerji istehlakçısı və idxalçısıdır. Rusiyadan tədarük edilən qaz Çin yataqlarından hasil edilən qazı tamamlayacaq. Bu zaman rus qazı tankerlərlə çatdırılan MTQ-dən daha ucuz ola bilər. Tərəflər kəmərin ikinci qolu barədə artıq danışıqlar aparırlar. “Sibir gücü – 2” adını almış bu layihə Çinin şərq sahillərindəki sənaye bölgələrinə xidmət edəcək.

      5. Çin hazırda qazı hardan alır?

      Çin son on ildə daha çox qazı istehlak etməyə başlayıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, təkcə son iki ildə Çində istehlak həcmi 33% artıb. İstehlakın böyük bir hissəsi idxalın payına düşür. Ötən il idxal həcmi 43% təşkil edib. Onun təxminən beşdə iki hissəsi “Türmənistan-Çin” qaz kəməri ilə daxil olub. Qalanı isə Avstraliya, Qətər, Malayziya və İndoneziyadan tədarük edilən MTQ-dir.

      6. Bütün bunlar Avropa üçün nə deməkdir?

      “Sibir gücü” Avropa ölkələri ilə qaz müqavilələri haqqında danışıqlarda Rusiyanın mövqeyini möhkəmlədir. Rusiya qazını şərqə göndərsə, Qərb tədarükü təmin etmək üçün daha çox xərc çəkməli olacaq. Paralel olaraq “Qazprom” Baltik dənizinin dibi ilə çəkilən, “Şimal axını – 2” adı altında tanınan yeni qaz kəmərini istismara verməyə hazırlaşır. Bu da mövcud şimal marşrutunun buraxıcılıq qabiliyyətini iki dəfə artıracaq.

      7. Qazın qiyməti necə müəyyənləşdiriləcək?

      Putin bildirib ki, “Sibir gücü” ilə nəql ediləcək qazın qiyməti neft qiymətlərinə bağlı olacaq. Avropalı alıcılar analoji sistemdən istifadə edirlər. Rusiya rəsmiləri iddia edir ki, formulda baza qiymət min kub metrə görə 360 dollar səviyyəsində müəyyənləşdirilib. Bu da “Qazprom” şirkətinin Almaniya ilə bağladığı müqavilə səviyyəsinə yaxınlaşır.

      Mənbə: BLOOMBERG
      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      TANAP ÜZRƏ 2-Cİ MƏRHƏLƏ YEKUNLAŞIR
      Next article
      TANAP ÜZRƏ 2-Cİ MƏRHƏLƏ YEKUNLAŞIR
      Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
      Previous article
      Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq

      Related Posts

      • Neft və qaz November 5, 2018

        “Cənub Qaz Dəhlizi” layihəsi sanksiyalardan

        “Cənub Qaz Dəhlizi” layihəsi sanksiyalardan kənarda qalacaq – Kəmər antiiran siyasətində istisnalar siyahısına düşüb
        Neft və qaz August 3, 2018

        Deputat: TAP artıq ABŞ və

        Deputat: TAP artıq ABŞ və Aİ-nin daha çox diqqətində olacaq
        Neft və qaz June 1, 2018

        "Neftlə yanaşı dünyaya qazın da

        “Neftlə yanaşı dünyaya qazın da ixrac olunması Azərbaycanı ikiqat güclü edəcək”

      Xəbərlər

      • ZHAM.AM: Əliyev Paşinyanı niyə gülünc vəziyyətdə qoya bilib? (03.12.2019) – ARB 24 (Xəbərlər)
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib. 22.11.2019
      • AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ ATATÜRKLƏ ƏLAQƏDƏN NİYƏ İMTİNA EDİB? – Britaniya arxivlərinin məxfi sənədləri (TARİX)
      • TANAP ÜZRƏ 2-Cİ MƏRHƏLƏ YEKUNLAŞIR
      • RUSİYA-ÇİN QAZ KƏMƏRİ ENERJİ SAHƏSİNDƏKİ BALANSI NECƏ DƏYİŞİR
      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
      • AVROPA İLƏ RUSİYANIN MÜNASİBƏTLƏRİ ARTIQ ƏVVƏLKİ KİMİ OLMAYACAQ
      • “102-ci baza çıxsa Azərbaycan ordusu 2 saata Yerevana çatacaq…”
      • 100 İLDİR DÜNYANI İDARƏ EDƏN 8 AİLƏ… –Onlar qarşıdakı 100 il üçün anlaşa bilmirlər – ARAŞDIRMA
      • Niderlandın Azərbaycandakı səfiri MEK-ə kitablar təqdim edib

      Ekspert rəyi

      • Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu artıracaq
        Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu
        December 2, 2019

        Bakı. Trend: Azərbaycan həm enerji baxımından, həm də iqtisadi baxımdan TANAP-ın istifadəyə verilməsindən böyük fayda əldə edəcəkdir. Bunu Trend-ə tanınmış ukraynalı ekspert-iqtisadçı ...

        Read More

      Arxiv ▼

      December 2019
      M T W T F S S
      « Nov    
       1
      2345678
      9101112131415
      16171819202122
      23242526272829
      3031  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017