• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      “Rusiya koronavirusla alovlanır…” – Sərhədlərin bağlanması Lukaşenkonu qəzəbləndirib

      March 17, 2020
      Ekspert rəyi
      Comments Off on “Rusiya koronavirusla alovlanır…” – Sərhədlərin bağlanması Lukaşenkonu qəzəbləndirib
      Views : 143
      0
      “Rusiya koronavirusla alovlanır…” – Sərhədlərin bağlanması Lukaşenkonu qəzəbləndirib

      Onsuz da son zamanlar Rusiya rəhbərliyindən narazılığını gizlətməyən Aleksandr Lukaşenkonu rəsmi Moskvanın koronavirus səbəbilə Belarusla sərhədləri bağlaması daha da hiddətləndirib.

      “AzPolitika.info” xəbər verir ki, Lukaşenko Belarus mətbuatına verdiyi açıqlamada Rusiya hökumətinin bu qərarını sərt tənqid edib.

      “Bütün Rusiya koronavirusla alovlanır”, deyə ironiya ilə bildirən Belarus prezidenti Moskvanın bu addımının məntiqsiz olduğuna işarə edib: “Bəs belədə kim kimdən bağlanmalıdır (qorunmalıdır-red.)? Ritorik sualdır”.

      Lukaşenkonun qəzəblənməsinə səbəb sərhədlərin bağlanmasının Belarus iqtisadiyyatına ciddi zərbə vurmasıdır. Belarusda koronavirus epidemiyası ilə bağlı vəziyyətin, Rusiya başda olmaqla, əksər qonşu dövlətlərlə müqayisədə daha məqbul olduğu bildirilir. Ancaq buna baxmayaraq, artıq Ukrayna, Latviya, Litva və Polşa kimi qonşu ölkələr Belarusla sərhədlərini bağlayıblar. Son olaraq Rusiyanın da eyni addımı atması Belarusu blokada vəziyyətinə salıb.

      Kremlin sözçüsü Dmitri Peskov Lukaşenkonun narazılığına cavab olaraq bildirib ki, yaxın qonşu və müttəfiq ölkə olan Belarusun onların bu addımını anlayışla qarşılayacağına ümid edirlər. O, əlavə edib ki, bütün ölkələr bu infeksiya ilə mübarizədə aktiv olmalıdırlar.

      Belarusdakı vəziyyətə gəldikdə isə, Lukaşenko deyib ki, onlar üçün daha vacib olan və narahatçılıq yaradan ölkə iqtisadiyyatıdır. Prezident deyib ki, Belarus əhalisi koronavirusla bağlı özünü kifayət qədər adekvat aparır, səhiyyə işçiləri isə öz işlərinin öhdəsindən layiqincə gəlir. Lukaşenko həmçinin həmvətənlərini maska və digər qoruyucu ləvazimatlar almaq üçün apteklərə qaçmamağa, ajiotaj yaratmamağa çağırıb.

      Qeyd edək ki, Rusiya hələlik, Azərbaycan və Finlandiya istisna olmaqla, bütün qonşu ölkələrlə sərhədlərini bağlayıb.

      “AzPolitika”

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      “Harasa qaçmaqla heç bir şey düzəlməyəcək” - Araz Ağalarov
      Next article
      “Harasa qaçmaqla heç bir şey düzəlməyəcək” – Araz Ağalarov
      Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib
      Previous article
      Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib

      Related Posts

      • Ekspert rəyi December 14, 2020

        Paradın 10 dekabra salınmasının –

        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Ekspert rəyi December 10, 2020

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına

        Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
        Ekspert rəyi December 7, 2020

        “Azərbaycan ərazilərində əlavə türk hərbi

        “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • Ekspert rəyi December 3, 2020

        “Tezliklə biz, ermənilər Rusiya pasportları

        “Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” –”NEW YORK TIMES”-IN QARABAĞDAN REPORTAJI
        Ekspert rəyi November 25, 2020

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti... –

        Qərbin “Qarabağ narahatlığı”nın mahiyyəti… – Şərh
        Ekspert rəyi November 20, 2020

        “Bakı Rusiya və Türkiyə ilə

        “Bakı Rusiya və Türkiyə ilə danışıq aparacaq hökumət orqanı yaratmalıdır” – Tofiq Zülfüqarov sülhməramlı missiyadan yazdı

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017