• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Tramp Avropadan ABŞ-a uçuşlara qadağa qoydu

      March 13, 2020
      Xəbərlər
      Comments Off on Tramp Avropadan ABŞ-a uçuşlara qadağa qoydu
      Views : 163
      0
      Tramp Avropadan ABŞ-a uçuşlara qadağa qoydu

      Martın 11-də ABŞ Prezidenti Donald Tramp televiziya vasitəsilə xalqa müraciət edib.

      Virtualaz.org-un məlumatına görə, Tramp öz çıxışında koronavirus (COVİD-19) infeksiyasının ABŞ ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirildiyini bildirib.

      Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirildiyini vurğulayan Ağ Evin başçısı deyib ki, ixtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi, həmçinin müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.

      Prezident Tramp deyib ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün Ağ Ev növbəti 30 gün ərzində Böyük Britaniya istisna olmaqla Avropadan ABŞ-a gələn bütün uçuşlara və gəmilərə ölkəyə qadağa qoyub.

      Bundan əlavə, Prezident Tramp qeyd edib ki, koronavirusun yayılmasından zərər çəkmiş müəssisələrə maddi yardım ayrılacaq və 50 milyard dollara yaxın kiçik biznes kreditləri veriləcək.

      Təcili tədbirlər çərçivəsində Tramp, həmçinin əməkhaqqı vergisinin azadılması üçün addımlar atmağa çağırıb.

      Bu arada Arizona ştatının qubernatoru Daq Dyusi ştatda fövqəladə vəziyyət elan edib. Bununla da, Amerikada koronavirusla bağlı fövqəladə vəziyyətin elan edildiyi ştatların sayı 24-ə çatıb.

      Xatırladaq ki, ABŞ-da koronovirusa yoluxmuş insanların sayı 1300-ə çatıb. Onlardan 37 nəfəri ölüb. Koronavirusa yoluxma hallarının ən çoxu Vaşinqton (267) və Nyu-York (173) şəhərlərində qeydə alınıb.

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib
      Next article
      Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib
      “HƏTTA AZƏRBAYCAN HÜCUM DA EDƏ BİLƏR...” – “Moskvada Paşinyana açıq inamsızlıq var”
      Previous article
      “HƏTTA AZƏRBAYCAN HÜCUM DA EDƏ BİLƏR…” – “Moskvada Paşinyana açıq inamsızlıq var”

      Related Posts

      • Xəbərlər January 13, 2021

        "Baku Network"un direktoru Elxan Ələsgərov

        “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
        Xəbərlər January 13, 2021

        Niderlandda meriya binasında "Baku Network"un

        Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
        Xəbərlər December 14, 2020

        Ərdoğanın Paradda dediyi şeir İranı

        Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Xəbərlər December 7, 2020

        “İndi Rusiya silah ixracatçıları izah

        “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”
        Xəbərlər December 3, 2020

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma

        Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma İMZALANDI
        Xəbərlər November 25, 2020

        Müharibə başa çatandan sonra bəzi

        Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Bu sualdan da görünür ki, Qərb özünü nə qədər demokratik göstərməyə çalışsa da, mahiyyət etibarilə hələ də orta əsrin səlibçiləri təfəkküründədir.  Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.  O bildirib ki, islamafob hisslərini alovlandıran, islam müqəddəslərinin təhqirlərinə göz yuman, hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar:  “Azərbaycan daim dinindən, irqindən, cinsiyyətindən, millətindən asılı olmayaraq, bütün insanların sülh içində yaşadığı bir ərazi olub. Bu torpaqlarda hökm sürən heç bir dövlət nəzarətindəki xalqın dininə, inancına, yaşayışına qarışmayıb. Bunun ən gözəl nümunəsi yaşı yüzillər olan dini abidələr, məbədlərdir.  Lakin Qərb ölkələrinə baxdıqda bu dediklərimin eynisini demək mümkün deyil. Bu gün dünyada özünü demokratiyanın, insan haqları və azadlıqlarının beşiyi sayan Qərb ölkələrinin bir çoxu soyqırımlarla dolu, qaranlıq bir tarixi keçmişə malikdir. Avropada başda yəhudilər olmaqla, bir çox dini etiqad nümayəndəsi əsrlərlə inkvizisiya deyilən ədalətsiz dini məhkəmələrdə ölüm hökmünə məruz qalıb. Heç təsadüfi deyil ki, bu gün Avropada yaşı yüzdən çox olmayan bircə sinaqoq və ya məscid yoxdur. Lakin Azərbaycanda yəhudilərin yaşadığı Qırmızı qəsəbə kimi tarixi bir ərazi, yaşı minilliyi ötən alban kilsələri var. Bu reallıqlar çərçivəsində müharibə başa çatandan sonra bəzi Qərb liderlərinin qaldırdıqları məsələ yersiz və boşdur. Azərbaycan torpaqlarında yaşayan hər kəsin haqlarını qoruyub, qoruyacaq”.  Politoloqun sözlərinə görə, bu gün Azərbaycandakı kilsələrin aqibətindən narahat olan bəzi ölkələr bilməlidir ki, Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələsində UNESKO ilə çox sıx əməkdaşlıq edir:  “Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Buna görə də kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər gəlib xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.

      Xəbərlər

      • “Baku Network”un direktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib
      • Niderlandda meriya binasında “Baku Network”un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)
      • Ermənilərin Azərbaycana köçürülməsi… – XIX əsrdə
      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
      • Ərdoğanın Paradda dediyi şeir İranı “narazı” saldı – Video
      • Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”
      • Bundan sonra Ermənistanda nələr baş verəcək? (Elxan Ələsgərov) – ARB24 (Nə Baş Verir?)
      • Ermənistan danışıqların bərpasını, Azərbaycan yeni razılaşmanın icrasını istəyir
      • “Azərbaycan ərazilərində əlavə türk hərbi qüvvələri olacaq, Minsk Qrupu daha yoxdur” – Sabiq səfir Metyu Brayza (MÜSAHİBƏ)
      • “İndi Rusiya silah ixracatçıları izah etməlidir ki, Azərbaycan ay yarımda bu qədər texnikanı necə məhv edib…”

      Ekspert rəyi

      • Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        Paradın 10 dekabra salınmasının – Şok səbəbi
        December 14, 2020

        Həyatımızda barmaqla sayılacaq qədər az, amma çox mühüm – bizi biz edən Anlar olur. Elə bir an ki, ətrafında, gözünün ...

        Read More

      Arxiv ▼

      January 2021
      M T W T F S S
      « Dec    
       123
      45678910
      11121314151617
      18192021222324
      25262728293031

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017