• AzərbaycanAzərbaycan
  • РусскийРусский
  • EnglishEnglish
Go to...
    Baku Network-Baku International Policy and Security Network Baku Network-Baku International Policy and Security Network
    • Xəbərlər
    • Analitika
    • Tədbirlər
    • Neft və qaz
    • Multimedia
    • Tarix
    • Ekspertlər
    • Partnyorlar
    • Haqqımızda
    Go to...

      Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?

      February 3, 2021
      Ekspert rəyi, Xəbərlər
      Comments Off on Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?
      Views : 66
      0
      Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?

      İşğaldan azad edilmiş bölgələrədə atılan addımlar göstərir ki, görüləcək bütün işlər mərhələli şəkildə aparılmaqla yanaşı, sistemli xarakter daşıyır. Belə ki, ərazilər ilk öncə minalardan təmizlənir, ardınca ziyanın dəyərləndirilməsi, sonrakı mərhələdə isə bərpa quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi dayanır.

      Bunu politoloq Şəbnəm Həsənova deyib.

      Politoloq bildirib ki, effektiv idarəçilik sisteminin qurulması ilə yanaşı, xərclərin səmərəli istifadə olunması da əsas məsələdir:

      “”Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin – Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur” deyən Prezident İlham Əliyev əslində o mesajı verir ki, görülən və görüləcək bütün işlər şəxsən özünün nəzarəti altındadır. Azad edilmiş ərazilərdə xüsusi nümayəndə institutu yaradıldı və ölkə başçımız Şuşaya xüsusi nümayəndə təyin etdi ki, bu addım da mülki idarəetmə sahəsində bir yenilik idi. Yeni yaranmış idarətemə üsulunun digər regionlarda da tətbiq olunacağının siqnalını ölkə başçımız daha öncəki çıxışlarında vermişdi. Bu isə göstərir ki struktur və kadr islahatları sadəcə işğaldan azad edilmiş bölgələrlə məhdudlaşmayıb, bütün ölkə üzrə aparılacaq. O zaman sual olunur ki, bu yeni idarəetmə institutu konvensional üsuldan nə ilə fərqlənəcək? İnstitunun Prezidentin xüsusi nümayəndəsi adlandırılması adından da göründüyü kimi vasitəli deyil, vasitəsiz, birbaşa, şaquli idarəetmə üsulu deməkdir. Bu bir mənada əgər xüsusi nümayəndənin birbaşa Prezidentə bağlı olması və birbaşa onun qarşısında öhdəlik daşımasıdırsa, digər mənada isə vətəndaşla dövlətin arada vasitəçilər olmadan birbaşa təması, bürokratik, süni əngəllərin, yarana biləcək bütün neqativ halların aradan qaldırılması, əlçatabilənlik, operativlik istiqamətində atılan olduqca mühüm addımdır”.

      Ş.Həsənova deyib ki, kadr islahatlarının müsbət nəticələri artıq görünür:

      “2021-ci ilin büdcəsində qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2.2 milyard maliyyə vəsaiti ayırılmışdır. Effektiv idarəçilik sisteminin qurulması ilə yanaşı, xərclərin səmərəli istifadə olunması da əsas məsələdir ki, bunun da vacibliyi haqqında cənab Prezident İham Əliyev öz kəskin və qəti mövqeyini bir daha ortaya qoydu.

      Eyni zamanda, nəzərə alsaq ki, ötən il ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmağa başlanmışdır ki, bu da aparılan kadr islahatları ilə birbaşa bağlıdır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, yerli icra orqanlarında kadr dəyişikliyinin müsbət nəticələri artıq görünür ki, bu amilin özü də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Deməli, əsaslı dəyişikliklər öz müsbət nəticəsini göstərir. Yeni idarəetmə üsulunun yaradılması ilə bu sahədə daha müsbət nəticələr əldə olunacaq. Bundan əlavə, cənab Prezident bildirmişdi ki, dövlət təşkilatlarında xərclərə nəzarət mexanizmi gücləndiriləcək ki, bu məsələ də yersiz xərclərə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir.
      Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə isə 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

       

      Milli.Az

      Share :
      • Facebook
      • Twitter
      • Google+
      • Email
      Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      Next article
      Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə
      Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq - İşçi qrupun üzvü
      Previous article
      Ermənilərin abidələrimizə vurduğu zərər 88 milyard manatdan çox olacaq – İşçi qrupun üzvü

      Related Posts

      • Xəbərlər April 14, 2021

        Prezident İlham Əliyev: Zəngəzur dəhlizi

        Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
        Xəbərlər April 5, 2021

        Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək

        Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “İskəndər – M” raketi haradandır?
        Analitika, Xəbərlər March 29, 2021

        Ermənistan beynəlxalq hüququ yenidən ayaq

        Ermənistan beynəlxalq hüququ yenidən ayaq altına atmaqla məşğuldur
      • Xəbərlər March 23, 2021

        Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan

        Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında COVİD-19-la bağlı qətnamə qəbul edilib – XİN
        Neft və qaz, Xəbərlər March 15, 2021

        “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya

        “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir – Nazir – MÜSAHİBƏ
        Ekspert rəyi, Xəbərlər March 9, 2021

        SİYASƏT Hakimiyyət partiyası dəyişir: "Yeni

        SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?

      Xəbərlər

      • Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
      • OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
      • Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “İskəndər – M” raketi haradandır?
      • Ermənistan beynəlxalq hüququ yenidən ayaq altına atmaqla məşğuldur
      • Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında COVİD-19-la bağlı qətnamə qəbul edilib – XİN
      • “Cənub Qaz Dəhlizi” Şimali Makedoniya üçün qaz tədarükü mənbəyini təmin edir – Nazir – MÜSAHİBƏ
      • SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?
      • Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
      • Ermənilərin qətlə yetirdiyi 7 yaşlı Aysunun ailəsindən – REPORTAJ
      • Missiyası Azərbaycana xidmət etmək olan Elxan Ələsgərovun əziz xatirəsinə

      Ekspert rəyi

      • SİYASƏT Hakimiyyət partiyası dəyişir: “Yeni Azərbaycan”ın məqsədi nədir?
        SİYASƏT Hakimiyyət partiyası dəyişir: "Yeni Azərbaycan"ın məqsədi nədir?
        March 9, 2021

        Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı ölkənin siyasi-ictimai həyatında yeni ilin ən önəmli hadisələrindən biri oldu. Hakimiyyət partiyası formatından çıxaraq cəmiyyətin ...

        Read More

      Arxiv ▼

      April 2021
      M T W T F S S
      « Mar    
       1234
      567891011
      12131415161718
      19202122232425
      2627282930  

      Facebook

      HAQQIMIZDA
      «Baku Network» (Baku International Policy and Security Network)
      Address: Azerbaijan, Baku AZ 1010, Nizami st. 90A, Landmark-3, 19 floor.
      Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
      Website: http://bakunetwork.com
      Email: bakunetwork2015@gmail.com
      Baku Network © 2017